1. Norveç

Bu ölkədə bakalvr və magistr təhsili pulsuzdur, lakin burda bi əmma var. Əmması da odur ki, siz Norveç dilini bilməlisiniz. Bu ölkədə ingilis dilində bakalavr təhsili almaq istəsəniz əsasən pul ödəməli olacaqsınız, lakin magistr və doktoranturada ingilis dilində pulsuz oxumanız üçün böyük imkanlarınız var. Bundan əlavə ölkə əhalisinin böyük hissəsi, demək olar ki hamısı ingilis dilində bilir. Bu da sizə sosial həyatınızda ünsiyyətdə problem yaşamayacağınız deməkdir. İngilis dilində təhsil üçün bu dli bildiyinizi sübut edən imtahanları verdiyinizə dair bir sənədiniz olmalıdır. Əsasən İETLS (6 dan başlayaraq) və TOEFL sənədləri keçərlidir, amma ölkədə həyat bir az bahadır. Bu Norveçin digər ölkələr ilə müqayisədə həyat və gəlir səviyyəsinin yüksək olması və kəskin ölkə iqlimi ilə əlaqədardır. Bu problem həll etməyiniz üçün müəyyən saatlar rəsmi olaraq işləməyinizə icazə verilir.  Bu ölkdə təhsil ilə bağlı bütün suallara https://www.studyinnorway.no/ saytında cavab tapa bilərsiniz.

  1. Almaniya

Bu ölkədə də dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur, lakin dövlət universitetlərində bakalavr təhsili əsasən almancadır. Alman dilinin B2 səviyyəsində bilməyiniz kifayət edir. Magistr təhsili də alman dili üstünlük təşkil etsə də ingilis dilində bir çox magistr proqramları tapa bilərsiniz. İngilis dilində təhsil üçün də sizə bu dili bildiyinizi sübut edəcək beynəlxalq sertifikatlardan biri gərəkdir, amma təhsil vizası almanız üçün almaniyada yerləşən banklardan birinə 8000 avrodan bir az çox pulu depozit kimi yerləşdirməyiniz tələb olunur və bu pulu  təhsil aldığınız müddətdə hissə-hissə çıxara bilərsiniz. Əgər bu qədər pulunuz yoxdursa təqaüd proqramlarına müraciət etməlisiniz. Ətraflı məumat üçün bu linkə  keçid alın.

  1. Avstriya

Avstriya avropada təhsil almaq üçün ideal ölkələrdəndir. Buranın iqlimi olduqca xoş, həyat səviyyəsi yüksək, təhsili isə keyfiyyətli. Ölkə əhalisi əsasən alman dillidir, lakin ingilis dilini də bilməmiş deyillər. Ölkədə hər iki dildə çox sayda universitet proqramı tapmanız mümükündür. Pulsuz deyilə biləcək qədər ucuz magistr və bakalavr proqramları vardır. Özü də ingilis dilində. Bu ölkəyə təhsil vizası da almanız asandır. Qəbul üçün sizdən dil sertifikatı və universitet ortalamanızın bir az yüksək olması (magistr təhsili üçün) tələb olunur. Bu ölkədə də az da olsa təqaüd tapmaq imkanınız var. Ətraflı məlumat üçün bura keçin.

Yaxşı təhsil almanız arzusu ilə.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: