Yaşadığımız dövrdə, sahib olduğumuz ağıllı telefonların sayəsində hər şeyin şəklini çəkə bilirik. Bəyəndiyimiz mənzərəni, bir pişiyi, gül açmış ağacları, getdiyimiz konsertləri və s. Bəs bunun zehnimiz üçün təsirlərini heç fikirləşmisiniz?

Journal of Applied Research in Memory and Cognition jurnalı bu haqda maraqlı bir araşdırmaya imza atıb. Aparılan çalışmalara görə, anın fotosunu çəkmək zehnimizdə onu nə qədər müddət ilə qoruduğunu göstərən önəmli bir faktordur.

Mütəxəssislər buna “yük boşalması” adını verib. Bir anı fotosunu çəkəndə, o anı təkrar xatırlamaq üçün çəkdiyimiz cihaza güvənirik. Buna görə də beynimiz xatırlamaq üçün özünü çox yormur və güclü xatirələr yaratmır.

Bunu sübut etmək üçün 42 tələbədən ibarət 3 qrup üzərində təcrübə aparıblar.
1. Qrup: Telefonları ilə bir rəsmin fotosunu çəkəcək və 15 saniyə ərzində də şəkli incələmə şansları olacaqdı.
2. Qrup: Eyni şəkildə rəsmin fotosunu çəkəcək, amma onlardan şəkli çəkən kimi silmələri tələb olunacaqdı.
3. Qrup: Bu qrupa isə şəkil çəkmək qadağan idi, sadəcə 15 saniyə ərzində şəklə baxa biləcəkdilər.
Təcrübənin sonunda hamının telefonları alındı və bur müddət ərzində şəkli ən yaxşı xatırlayan üçüncü qrup oldu.

Bunun 2 səbəbi var:
Birincisi, şəkli çəkərkən fokuslandığımız şey rəsim deyil, cihazın funksiyaları olur. Fotonun işığı, parlaqlığı, telefonu tutuş şəklimiz haqqında düşündüyümüz üçün, obyektivin içindəki şəklə fokuslana bilmirik.

İkisinci səbəb isə, şəkli çəkərkən texniki xüsusiyyətlərlə yanaşı, uğur qazanmaq hissidir. Şəkli çəkdikdən sonra bizim şəkli incələ fürsətimiz olur, amma bu zaman “şəkli nə qəşəng çəkmişəm” düşüncəsinə qapılırıq. Ona görə də şəklin detalları yenə arxa planda qalır.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry