Yay mövsümündə insanlar istirahət üçün açıq məkanlara üz tuturlar. İsti günlərdə çimərlik, meşə, dağ və s. bu kimi ərazilər ən yaxşı seçimdir. Ölkəmizinin iqlimi və təbiəti yay boyu səyahətlər üçün əlverişlidir. Əgər siz şəhərdən çox uzaqlaşmadan dincəlmək istəyirsinizsə, bu məqaləni oxumağınızda fayda var.

Mərdəkan Dendrarisi

Əvvəlcə bildirim ki, Dendrari adı yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir. Bir əsr yaşı olan park sovet rejimi qurulmazdan öncə, 1890-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. M.Muxtarov parkın ərazisini aldığı vaxt bura qayalıqlardan ibarət idi. O, parkın tonlarla torpağını Lənkərandan gətirtdi. Parkın florası olduqca zəngindir. Burada piknik etmək üçün gözəl təbiət, sərin və təmiz hava, şərait və ən əsası icazə var. Dendrariyə Koroğlu m/s-dan taksilər və avtobuslar hərəkət edir. Giriş bir nəfər üçün 2 AZN-dir.


Nəbatət Bağı

Şəhər daxilində oksigen axtaranlar yolunu Nəbatət bağından sala bilərlər. Bağda müxtəlif növ, yerli və xarici bitkilər əkilib. İstirahət etmək, dostlarla vaxt keçirmək üçün gözəl mühit yaradılıb. Elmlər Akademiyası m/st-dan 53, Gənclikdən isə 3 nömrəli avtobusla gedə bilərsiniz. Bağa giriş 1 nəfər üçün 1 AZN-dir.


Dədə Qorqud Parkı

Uzağa getməyə heç ehtiyac yoxdur, şəhərin mərkəzində 2013-cü ildə salınmış Dədə Qorqud Parkı da piknik etməyiniz üçün münasibdir. Park yeni salındığı üçün ağaclar çox hündür deyil, bu səbəbdən günortadan sonra istirahət etməyi tövsiyə edirik.


Zirə Eko Park

Bakı-Pirallahı yolu üzərində yerləşən Zirə Mədəniyyət Mərkəzi, başqa adla desək, Zirə Eko Parkı həm uşaqların, həm də böyüklərin zövqünü oxşayacaq yaşıllığa sahibdir. Burada piknik üçün ləvazimatları (stol, stul və s.) kirayə götürə bilərsiniz.


Balıqlı Göl

Həftəsonlarını Balıqlı Göldə istirahət etməklə dəyərləndirə bilərsiniz. Bu məkan Binədən Qalaya gedən yolda yerləşdir.


Bakı Mərkəzi Park

Bakının mərkəzində yerləşən bu parkda da ailəniz və dostlarınızla piknik etmək üçün bir araya gələ bilərsiniz. Yeni istifadəyə verilmiş Mərkəzi Park köhnə Sovetski ərazisində salınıb.


Xoş istirahətlər!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂