Uşaq oyuncaqları istehsal edən WobbleWorks şirkəti dünyanın ilk 3D qələmini hazırlayıb. Texnoloji cəhətdən o yapışqan silahları xatırladır. “3Doodler” adı verilən qələm elektrik enerjisindən istifadə edərək işləyir. Qələmin işləməsində mürəkkəb əvəzinə yapışqan istifadə edilir. Onun vasitəsilə istər vərəqdə, istərsə də havada istənilən obyektləri rahatlıqla yaratmaq olur. Qələmin çəkisi 200 qramdır və 2 rejimdə mürəkkəb buraxaraq rəsimlər çəkməyə imkan verir. Qələmin yaradıcıları deyiblər ki, hər hansı fiquru çəkmək üçün heç bir rəssamlıq qabiliyyətinə ehtiyac yoxdur.