Niyə rəngli biri adlanıram mən?!
Doğuşdan qarayam, qara ölərkən.
Xəstəykən, qorxarkən dəyişməz rəngim
Soyuqda istidə qara biriyəm…

Və sən bəyaz adam…

Çəhrayı rəngdəsən doğulduğun an,
Böyüyüb olursan bəmbəyaz adam.
Qırmızı rəngdəsən isti bir gündə
Dərin gömgöy olur üşüdüyündə.
Sarısan, sapsarı qorxduğunda sən,
Yamyaşıl olursan xəstələnərkən…

Öldüyündə bozsan, ey bəyaz insan,
Düşün mənə rəngli dediyin zaman.