Buxarlı maşınların və mexaniki sənayenin hakim olduğu bir əsr düşünə bilirsiniz? Təsəvvür edin küçəyə çıxdığınızda havada maşınların buxarı, küçələrdə isə dumanlı işıqlar və baxdığınız hər yerdə səs-küy salan böyük çarxlar. Kiminin eşitdiyi, kiminizin də qurğu filmlərində, yaxud komputer oyunlarında rast gəldiyi stimpank axınınını birlikdə incələyək.

s Stimpank nədir?

Bu axına 1837-1901-ci illərdəki Viktoriya Dövrünün müasirləşmiş halı desək heç yanılmarıq. Stimpank dünyasında hələ də elektrik və neft yanacağı olmadığı, hətta heç var olmayacağı üçün bütün sənayeləşmə və işləyiş buxar gücünə bağlıdır. Dolayısıyla hər an barıtlı bəsit qurğular, orta əsrdən qalma əşyalar, qılınclar, ox və yaylar, çarxlar və s. bu kimi şeylər qarşımıza çıxır.

Bu axımı ən çox mənimsəyən yazıçı isə Jül Verndir.

1870-ci ildə qələmə aldığı “Dənizlər Altında 20 000 fərsəx” romanı stimpank axınının ədəbiyyat dünyasına ilk yansımalarından sayılır.

Stimpank axınını ilk dəfə sinema dünyasına  gətirən film isə “Vəhşi Vəhşi Qərb” (Wild Wild West) filmidir. 1999-cı il istehsalı olan, baş rolda Uill Smitin rol aldığı film stimpank axını üçün önəm daşımaqdadır.


Bəs stimpankı nələrsiz təsəvvür etmək olmaz? Təbii ki, möhtəşəm aksesuarlar.

Buxar gücüylə işləyən böyük zeplinlər.

Dumanlı işıqların hakim olduğu buxarlı şəhərlər.

Çılğın macəralar.

Və bir də stimpank geyim tərzini unutmaq olmaz.

Stimpank axınının modaya təsirini görmək üçün “Burning Man” festivalına nəzər salmanız yetərlidir.

Stimpank mövzulu bəzi filmlər:

– Van Helsing
– The Time Machine
– Sweeney Todd: The Demon Barber of Fleet Street
– Sky Captain and the World of Tomorrow
– Steamboy
– Hugo
– Sherlock Holmes

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Çarx dünyası: Stimpank nədir?" A few seconds ago