Tarixə “Lənətli Çörək” adı ilə keçən dəhşətli hadisə, Fransanın Pont Saint Esprit kəndində baş vermişdir.

16 avqust 1951-ci ildə, səhər oyanan bütün kəndlilər, qəribə vəziyyətlərdə, ağıl almaz hərəkətlər edirdilər. Bir neçə saat ərzində bütün kənd bir-birinə dəymişdi və kəndin dəlixanadan bir fərqi qalmamışdı. Xalqdan polisə tez-tez əjdaha gördükləri barədə şikayətlər gəlirdi. Bəzi sakinlər “Biz təyyarəyik” qışqıraraq özlərini binalardan atırdılar. Həkimə gedənlər isə ürəklərinin yerindən çıxdığını bildirib onu qaytarması üçün yalvarırdılar. Dəhşətli gün sonunda 5 nəfər öldü, 300 nəfər yaralandı, 50 nəfər isə uzun illər dəlixanada yatmalı oldu.

Hadisəni daha sonra araşdıran jurnalist H.P. Albarelli, bunun bir CİA təcrübəsi olduğunu göstərdi. Kəndin çörəklərinə narkotik maddə olan LSD qatılmışdı və LSD istifadəsi nəticəsində insanları yönləndirərək, onları idarə edib etməməyin mümkün olacağı yoxlanıldı. Beləliklə bir “Beyin İdarəsi” proyekti də təcrübədən keçirildi.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry