Dərimizə nə qədər əhəmiyyət veririk? Bəs bilirsinizmi, dərinin yaşlanması yalnız illərdən deyil, özümüzdən də asılıdır? Dərinizi cavan və təravətli saxlamaq üçün aşağıda qeyd olunanlara diqqət edin. 🙂

Günəş şüaları

Siz günəş şüalarında qaralmaq istəyərkən onun zərərli şüaları da dərinizə təsir edir. Bunun nəticəsində dərinizdə ləkələr əmələ gələ bilər, eyni zamanda yaşlanmanı tezləşdirir. Günəş şüalarında zərərsiz və sağlam qaralmaq istəyirsinizsə, günəş kremlərindən istifadə etməyiniz zəruridir.

Su istifadəsinin azlığı

Bədənimizin 60%-i su təşkil edir. Həkimlər də suyu çox istifadə etməli olduğumuzu deyirlərsə, sözsüz ki, faydalıdır. Su dərinin sağlamlığı üçün çox əhəmiyyətlidir. Gün ərzində 2 litr su içməyiniz tövsiyə olunur.

Çox makyaj etmək

İrqinizi dəyişəcək qədər qat-qat tonal krem çəkməyin! Nəfəssiz qalan üz dərisi intihar edir. Dərinizdə olan problemləri gizlətmək istəyərkən, makyajdan çox istifadə etməklə yeni problemlər yarada bilərsiniz.

Nəmləndirməmək

Quru dərinin daha tez qocaldığı hər kəsə bəllidir. Dərinizdəki nəmlik balansına diqqət edin. Nəmləndirici kremlərdən yararlanmaqda fayda var.

Qeyri-sağlam qidalanma

Bədənin qidalanması dəriyə birbaşa təsir edir. Qeyri-sağlam qidalar, fast food həm bədənimizə, həm də dərimizə zərər verir. Dərinin yaşlanmasını tezləşdirir. Yeməkdə tərəvəz və meyvələrə üstünlük verin.

Rejimsiz yuxu

Rejimsiz yuxu bədənimizə, ruhi sağlamlığımıza zərərli olduğu kimi, dərimiz üçün də təhlükəlidir. Yuxu saatlarına diqqət etməliyik.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂