Dermatoloqlar bu ərzaqların üz dərisi üçün təhlükəli olduğunu deyir

136

Google axtarış sistemi gün ərzində «üz üçün maskalar» sorğusuna minlərlə dəfə cavab verir. Ev şəraitində əlimizin altına olan ərzaqlardan istifadə edərək maskalar etməyi sevirik. Lakin unutmamalıyıq ki, maskanın tərkibinə bəzi ərzaqların daxil olması üz dərinizdə ciddi fəsadlara yol aça bilər. Dermatoloqlar üz maskası edərkən, aşağı ərzaqlardan uzaq durmağı tövsiyyə edir:

  • Qida sodası

Çox zaman skrab üçün istifadə olunan qida sodası əslində üz dərisi üçün yaxşı seçim deyil. Qida sodası dəridə nəmi məhv edir və dərini qurudur.

  • Diş məcunu

Dərinizdə yaranan sızanacaq və qızartılara qarşı diş məcununda istifadə etmək olmaz. Belə ki, diş məcunun tərkibində nanə, peroksid, aromatizatorlar və üz dərisi üçün zərərli olan çox sayda maddə vardır. Bu səbəbdən də diş məcunu dəridə yanıqlara səbəb ola bilər.

  • İsti su

Üzünüzü sərin su ilə yumağı vərdiş edin. İsti su dəri baryerindəki müdafiəni məhv edir və sızanaqların yayılmasına səbəb olur.

  • Şəkər tozu və duz

Şəkər tozu və duzun məsamələri mükəmməl təmizlədiyini  çox eşitmişik. Bu tamamilə yalnış fikirdir. Bu ərzaqlar zərif üz dərisində ciddi fəsadlara səbəb ola bilər.

  • Əl kremi

Əl kremini əsla üzünüzə tətbiq etməyin. Əl kremi daha sərt struktura malik olduğu üçün masəmələri doldurur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal