Diş ağrısı həyat keyfiyyətini aşağı salan, xüsusilə də axşam saatlarında şiddələnən bir problemdir. Diş ağrısını aradan qaldırmağın ən düzgün yolu həkimə müraciət edərək, müalicə almaqdır, amma həkimə görünənə qədər müvəqqəti, ağrını yüngülləşdirəcək bəzi metodlar var. Diş ağrısını azaltmaq üçün 5 təbii yol!

1. Duzlu su
Diş ağrısında ilk ağlımıza gələn duzlu su ilə qarqara etməkdir. Duz, ağızdakı iltihabı təmizləməyə kömək edir, ağız sağlamlığınız üçün güvənli ortam yaradır. Duzlu su ilə qarqara etmək, diş əti problemlərinə, ağız içindəki infeksiyalara və yaralara kömək edir. Dişin arasında qalan yemək artıqlarını təmizləyir.

2. Nanə aromalı çay
Nanə aromalı çay, antobakterial və antioksidantlara sahibdir. Nanəli paket çaylar həssas dişin üzərinə qoyulduğu zaman ağrını keyidir. Nanədəki mentol ağrını yüngülləşdirməyə kömək edir və mikrobları öldürür. Çayı içdikdən sonra paketini soyudaraq kompres olaraq istifadə edə bilərsiniz.

3. Sarımsaq
Sarımsaq min illərdir ki, immuniteti gücləndirən super qida sayılır. Diş ağrısında da ağızdakı bakteriyalı təbəqəni təmizləməyə kömək edir. Antibakterial və ağrını yüngülləşdirmə xüsusiyyəti sayəsində bir çox insan tərəfindən diş ağrısı üçün də istifadə olunur.

4. Soyuq kompres
Bir çox ağrı üçün istifa olunan soyuq kompres metodu diş ağrısına da kömək edir. Qan damarlarının büzüşməsinə səbəb olaraq həmin bölgədəki qan axışının istiqamətini dəyişdirir. Bu metod ağrının yüngülləşməsinə kömək olur. Buz torbaları və ya təmiz bir örtü içərisinə yerləşdirdiyiniz buz parçalarını çənənizə və yanaqlarınıza qoyaraq soyuq kompres tətbiq edə bilərsiniz.

5. Qərənfil
Aparılan araşdırmalarda, qərənfildə ojenol, diş ağrısını və infeksiya halını azaltdığı müəyyən olunub. Qərənfildəki anesteziya təsiri göstərən ojenol, ağzı keyidir. Bu səbəblə, ağızda qərənfil gəzdirmək, diş pastasına qərənfil tozu qatmaq və çat paketlərinin içində qərənfil tozu qatıb ağrıyan bölgəyə qoya bilərsiniz.