İsti havada ən ləzzətli şirniyyat dondurmadır. Təcrübələr göstərir ki, dondurma gözəl bədən quruluşuna sahib olmaq istəyən xanımların düşməni yox, əksinə, tərəfdaşıdır.

1. Dondurma kalsiumun əla mənbəyidir. Arıqlamada isə kalsium rol oynayır. Eyni pəhrizlə kalsium qəbuul edən xanımlar digərlərinə nisbətən daha çox çəki itirirlər.
2. Dondurma phriz saxlayan və menstrusiyaqabağı sindromda olan qadınların şirniyyat yemək istəyini boğur.
3. Dondurmada orqanizmə faydalı 100-ə yaxın maddə var: 20 zülal, 25 müxtəlif turşu, 30 mineral duz, 20 müxtəlif vitamin, maddələr mübadiləsinə lazım olan fermentlər.
4. Dondurma sümük toxumasını möhkəmləndirir.
5. Dondurma qan təzyiqini aşağı salır.
6. Dondurma mədə xərçənginin yaranma riskini azaldır.
7. Dondurma imuniteti qaldırır.
8. Dondurma böyrək daşlarının yaranma riskini azaldır.
9. Dondurma beyin fəaliyyətini artırır.
10. Dondurma disbakteriozu müalicə edir.
11. Hətta Hippokrat dondurulmuş krem yeməyi məsləhət görürdü. Onun fikrincə, bu, əhval – ruhiyyəni qaldırır. 
12. Dondurma qanaxmanı dayandırır – Yayda tez – tez baş verən burun qanaxmasının qarşısını alır. Bunun üçün az miqdarda çox soyuq dondurma yemək kifayətdir.
13. Dondurma stresi aradan qaldırır – bu onunla izah olunur ki, dondurma hazırlamaq üçün istifadə olunan süd və qaymaqda təbii trankvilizator var ki, bu da sinir sistemini sakitləşdirir. Mütəxəsislər dondurmanın, hətta yuxusuzluq problemini həll etdiyini göstərirlər.
14. Dondurma əhval – ruhiyyəni qaldırır. Təcrübələr götərir ki, dondurma sevən insanlar digərlərinə nisbətən özlərini daha xoşbəxt hiss edirlər