Bu tarixi vahə qumlar altında qalmaq üzrə idi ki, Çin hökuməti bu sahəni qoruma altına aldı. Vahə, Çinin şimal-qərb şəhərlərindən Dunhuang’a təxminən 6 km uzaqlıqdadır. Ayparaya bənzəyən görünüşü ilə Crescent Gölü ziyarətçilərini ovsunlamağa kifayət edir. Təxminən 2000 ildə meydana gəldiyi zənn edilən və demək olar ki, heç yağış yağmayan bu vahə səhralaşma sürətinin artması ilə yox olmaqdan son anda qurtarıldı. Göldəki su miqdarı son 30 ildə dramatik bir şəkildə azaldı. Bundan sonra çinli səlahiyyətlilər gölə yenidən su doldurdu. Bu vahəni görmək istəyən turistlər qum təpələrini dəvə səfəri ilə aşır.