Ən hündür binaların siyahısına hündürlüyü 300 metr və daha artıq olan göydələnlər daxil edilmişdir. Bu alt siyahıya tikintisi başa çatmış və hal-hazırda tikilməkdə olan, ancaq maksimal hündürlüyünə çatmış binalar daxil edilmişdir. Bina sözünün altında insanların yaşayışı üçün və yaxud fəaliyyəti üçün nəzərdə tutulmuş yerüstü tikililər başa düşülür. Digər məqsədlər üçün nəzərdə tutulmuş tikililər (məsələn: televiziya qüllələri, tüstü turbaları və d.) hesaba alınmır.

“Bürc Xəlifə” – Dünyanın ən hündür binası sayılan bu tikili Dubayda yerləşir. 2010-cu ildə istifadəyə verilən göydələnin hündürlüyü 828 metrdir. 163 mərtəbədən ibarət olan Bürc Xəlifə həm də dünyanın çoxfunksiyalı binası hesab olunur.

“Əbrəc Əlbeyt” – Siyahımızda ikinci yeri Məkkə şəhərində yerləşən 601 metr hündürlüyü olan bina tutur. 95 mərtəbəli göydələnin tikintisi 2012-ci ildə başa çatmışdır. Dünyanın ən hündür oteli, tikinti həcminə görə ən böyük binası və ən hündür saatı kimi tanınır.

“Taybey 101” – Tayvanın paytaxı Taipeidə tikilən göydələnin hündürlüyü 508 metrdir. 101 mərtəbəlidir və 2004-cü ildən dünyanın ən hündür ofis binası kimi tanınır.

“Şanxay Beynəlxalq Ticarət Mərkəzi” – Çinin Şanxay şəhərində yerləşən alış-veriş mərkəzi nə az, nə çox 492 metr yüksəklikdədir. 2008-ci ildə istifadəyə verilmişdir. 101 mərtəbədən ibarətdir.

“Beynəlxalq Ticarət Mərkəzi” – Beşinci sırada da Çinin Honkonq şəhərində yerləşən bina yer alır. 2010-cu ildə inşaası başa çatan göydələn ticarət mərkəzi kimi istifadə olunur. Beynəlxalq Ticarət Mərkəzinin hündürlüyü Şanxaydakı göydələndən cəmi 8 metr aşağıdır. 484 metr olmasına baxmayaraq mərtəbələrinin sayı 108-dir.

Yer Kürəsində texnologiyanın inkişafı hər sahədə öz təsirini göstərmişdir. Hətta bu inkişafla başqa planetlərdə də tezliklə bu cür binaların tikiləcəyinə inanmaq olar. Növbəti postlarımızın birində dünyamızda yerləşən digər göydələnlər haqqında da məlumat verəcəyik. 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂