Müasir dövrdə hər bir məhsulun satışı üçün əsas olan uğurlu reklamdır. Reklam olunan məhsullar həddən artıq çoxdur, ancaq bəzi şirkətlər reklam işinə daha ciddi və yaradıcı yanaşaraq həm insanlara təsir edir, həm də öz məhsullarını satırlar. Bu məqaləmizdə sizə marağa səbəb olan reklam videoların təqdim edirik. 🙂

Məşhur avtomobil markası Mercedes Benz-in çəkdiyi videorolik maraqlı reklam çarxları içərisində yer alır. Reklama diqqətlə baxsanız ailənin BMW-ə sahib olduğunu, uşağın isə Mercedesi bəyəndiyini görəcəksiniz.

Dünyanın ən yaxşı idman mallarını satan Nike şirkətinin bir çox maraqlı, kreativ reklamları var. Sizə təqdim etdiyimiz sadəcə onlardan biridir. Qadınların əsl bacarıqlarını izləyicilərə çatdıran reklam ən sevdiklərimdəndir. 🙂


Daha bir avtomobil şirkəti və yaradıcı reklam roliki. Hondanın bu reklamı “2014-cü illin ən yaxşı avtomobil reklamı” seçilmişdir.


Android
 
şirkətinin 2016-cı ildə təqdim etdiyi videorolik insanlara əşyaların dili ilə mesaj çatdırır. Uşaqlığımızın oyunu olan “daş, kağız və qayçı” vasitəsi ilə bizlərə bir-birimizə bənzəməsək belə birlikdə olmağı öyrədir. 🙂




Hər mövsümə uyğun yeni reklam çarxları çəkən Coca-Cola şirkətinin demək olar ki, bütün reklamları uğurlu hesab olunur. 2016-cı ildə Yeni il ərəfəsində Çində çəkilən Coca-Cola reklamını ən maraqlılar siyahısına əlavə etmək olar.


Reebok
idman malları şirkətinin 2015-ci ildə çəkdiyi reklam rolikini də maraqlı sayılır. Ümumilikdə bu markanın bütün reklam çarxlarını bəyəndiyimi deyə bilərəm. Sizə 2 video təqdim edirik. Şirkətin reklam sloqanı belə maraqlıdır – “Be more human”

Amerikanın Budweiser” adlı məşhur pivə şirkətinin də reklam sahəsinə xüsusi diqqətlə yanaşdığı hiss olunur. Şirkətin bir çox reklam çarxları maraqlı və təsirlidir. Sizə şirkətin 2014-cü ildə çəkdiyi reklamları təqdim edirik. Hər iki reklamda süjet heyvanların sadiqliyi üzərində qurulmuşdur. Təsirlənməmək mümkün deyil.




“Kimsə sizi evdə gözləyir, içkili halda maşın sürməyin”




Möhtəşəm deyə biləcəyimiz reklam Türk Hava Yollarına (Turkish Airlines) məxsusdur. Türk Hava Yollarının da videoçarxları dünya üzrə məşhurdur. Hər zaman düşündürücü və təsirli reklam çəkməyi bacara bilirlər. 🙂


SN Brussels Airlines 
şirkətinin 2010 və 2017-ci illərdə çəkdiyi maraqlı reklam çarxları da siyahımızda yer alır. İkinci reklam çarxı şirkətin 15 illiyinə görə çəkilmişdir və birincinin davamıdır. 🙂

Əgər sizin də maraqlı hesab etdiyiniz reklam çarxı varsa bizimlə paylaşmağı unutmayın… 🙂

Qeyd: Azərbaycanda kəmiyyəti deyil, keyfiyyəti əsas tutan “Bildirchin Group” da məhsulunuz üçün reklam partnyorluğu etməyə hazırdır 

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂