Dünyanın ən uzun hava yollarını təqdim edirik. Gedəcəyiniz istiqamətə uçuş 3-4 saatlıq da ola bilər, 13-14 saatlıq da. 🙂

New-York-dan Hong Konga təyyarə ilə getmək nə az, nə çox 16 saat alır. Şimali Amerikadan Asiyaya Sakit Okeanın üzərindən olan uçuş həm maraqlı həm də qəribədir. New-Yorkla Hong Kong arasında 12 saat fərq vardır.

Digər uzunmüddətli uçuş Abu-Dabidən San-Franciscoyadır. Birbaşa təyyarə ilə getmək istəsəniz bu səyahət 16 saat 50 dəqiqə çəkəcək. Bu şəhərlərin saatları arasında 11 saat fərq var.

16 saatdan çox olan uçuşlardan biri də Dubaydan Houstonadır. Şəhərlər arasındakı saat fərqi 9-dur.

Əgər siz Dubaydan Losa-Angelesə getməyi düşünürsünüzsə 16 saat 35 dəqiqəlik uzun bir səyahət sizi gözləyir. Bu şəhərlər arasında isə 11 saat fərq var.

Amerikanın Dallas ştatından Sidneyə getmək üçün 17 saata yaxın göy üzündə qalacaqsınız. Təyyarələr bu yolu 16 saat 55 dəqiqəyə qət edir. Şəhərlər arasındakı məsafə 14.203 km, saat fərqi isə 15-dir.

Auckland’dan Dubaya uçmaq isə 17 saat 15 dəqiqənizi alacaq. İki şəhər arasındakı məsafə 14.200 km-dir.

Dubaydan Panamaya qədər olan 13.520 km-lik məsafəni təyyarə ilə 17 saat 35 dəqiqəyə qət edə bilərsiniz.

Uzunmüddətli uçuşlardan biri də Amerikanın New-York ştatından Sinqapuradır. 18 saatlıq səyahət dünya üzrə ikinci sayılır.

Dünyanın ən uzunmüddətli səyahəti Qərbi Avstraliyadan Seylonadır. Sizləri də heyrətləndirəcək bir rəqəm – 27 saat.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂