Tarix boyu bir çox diktatorlar dünyamıza zərər vermişdilər, ancaq heç biri Thomas Midgley qədər zərərverici olmamışdır… Həmin şəxsin bioqrafiyası ilə birlikdə tanış olaq.

1889-cu ildə ABŞ-da dünyaya gələn Thomas, uşaqlığında kimya və mexanika ilə maraqlanmışdır. Onun arzusu atası kimi alim olmaq idi, ancaq elmi yalnız pul qazanmaq üçün istifadə etməyə başladı və dünyamıza ziyan vurdu.

1920-ci ildə soyuducu istehsal edən şirkətlər iflasa uğrayırdı. Bu dövrdə Thomas pul qazanmaq potensialını gördü və sahədə işləməyə başlayanda istini çəkə bilən xloro flouro karbon qazını kəşf etdi. Ucuz hazırlandığı və yaratdığı soyuqluq üçün bu qaz şirkətlər tərəfindən istifadə olunmağa başladı. Dezodorant, kombi və soyuducularda çox istifadə edilməyə başlayanda dünyada bu qazın girmədiyi ev qalmadı. Bu icadı üçün Thomas Midgleyə “Şərəf Medalı” verildi. Ancaq insanlar qısa müddət sonra biləcəkdilər ki, xloro flouro karbon qazı 10 ildə dünya üçün ən əhəmiyyətli hesab olunan Ozon qatının 4/100-ünü məhv edir və hal-hazırda da etməkdədir. Qazın istifadəsi 1970-ci illərdə qadağan olunsa da, təsiri dünya atmosferini yox etməklə bitmədi. Bu gün də həmin qazın yaratdığı fəsadları aradan qaldırmaq mümkün deyil.

Digər zəhərli kəşfə də Thomas imza atmışdır. 1920-ci illərdə tetraethyl-i benzinə qatmaqla istehsalı artırmağı düşündü. Böyük avtomobil şirkətləri aşağı maliyə ilə yüksək gəlir əldə etmək üçün kəşfin patentini aldılar. O da biznesini və gəlirini artırmaq üçün tetraethyl fabriki açdı. Thomas varlandıqca, fabrikin işçiləri bu maddədən zəhərlənməyə və ölməyə başladılar. Ancaq bütün bunlar gizlədildi, zəhərlənən işçilər işdən qovuldu. Son zəhərlənən şəxs Thomas olduqda o, sağalmaq üçün təmiz hava olan məkanlarda istirahət etməyə başladı. Dünyadan gələn təsirlərdən sonra Thomas mətbuat konfransı keçirərək əlini tetraethyl qurğuşunun içində saxladı. Bütün bunlara baxmayaraq, bu maddəyə milyonlarla pul xərcləyən avtomobil şirkətləri illərlə istifadə etdilər. Bu kəşf bizə də öz təsirin göstərməkdədir. Hal-hazırda bizim bədənimizdə olan qurğuşun miqdarı bizdən öncəki insanların bədənindəkindən 625 dəfə daha çoxdur. Bu maddənin çoxluğu birbaşa insan beyninə təsir etməkdədir və IQ səviyyəsini 5 xal düşürdür. Araşdırmalara görə insan bədənində tetraethyl-in artması ilə cinayətlərin sayı da artmışdır.

Dünya tarixçisi Jhon R. Mc Neill demişdir: “Dünya tarixində heç bir canlı ətraf mühitə və canlılara qarşı Midgley qədər zərər verməmişdir.”

Thomas Midgleyin son kəşfi isə digərlərinin yox, ancaq özünün ölmünə səbəb oldu. İflic, yataq xəstəsi olan Midgley özünü yataqda hərəkət etdirə bilmək üçün kəşf etdiyi qurğunun qurbanı oldu. Aparat idarədən çıxmış və onu boğaraq öldürmüşdür…