Rusiya: Şam yeməyinə qonaq olduğunuzda, qabınızda bir parça yemək buraxmaq Rusiyada bir nəzakətlilik göstəricisi sayılır. Həm də süfrədə şən olmaq və mübahisə yaratmamağa da əhəmiyyət verilir.

Filippin: Yemək masasındakı yerinizi təyin edən ev sahibi, yemək xidmətini də mütləq özü etmək istəyir. Sizə isə təqdim etdiyi heç bir şeyi rədd etməmək və mütləq dadına baxmaq düşür. Yeməyinizi bitirdikdən sonra, çəngəl və bıçağınızı qabınızın üstünə açıq şəkildə buraxmalı və yemək masasını toplayarkən hər zaman ev sahibinə kömək etməlisiniz.

Pakistan : Pakistanlılar hər yeməkdən əvvəl mütləq Allahın adını tekrarlayarlar və yeməyə əsla ailənin , ya da qonaqların ən böyüyü masaya oturmadan başlamazlar. Pakistanda yemək yeyərkən səs çıxartmaq çox ayıb sayılır , buna görə loxmalarınızı səssiz şəkildə yemək lazımdır. Yməzdən əvvəl mütləq kiçik parçalara ayrılan çörək isə yalnız sağ əldə tutulur.

Yaponiya : Yaponiyada bir evə yeməyə dəvət edildiyinizdə , başlamadan əvvəl ev sahibinin sizə 3 dəfə yeməyə başlaya biləcəyinizi söyləməsini gözləməlisiniz. İçki xidməti masada yaşca ən kiçik adam tərəfindən yaşca ən böyük olana xidmət edilərək başlanır. Son olaraq isə ən böyük adam , ev sahibinin içkisini qoyar. Yemək yeyərkən çəngəl bıçaq istifadə etməyən yaponlar , əvəzinə istifadə etdikləri ‘chopstick’leri bir-birinə sürtəzlər, çünki bu ev sahibinə qarşı kobudluq hesab edilir. Masada boşqablara xidməti yalnız qadınlar edir və kişilər bu işə heç qarışmırlar. Yaponlarda isti əriştə yeyərkən ağız şapırdatmak ayıb sayılmır çünki ağıza qaçan havanın noodle’ı (əriştə) daha ləzzətli etdiyinə inanırlar.

Tanzaniya: Tanzaniyada yeməyə erkən getmək çox kobud bir davranış olaraq qəbul edilir, yeməyə ümumiyyətlə deyilən saatdan 15-20 dəqiqə daha gec gedilir. Və əgər yemək yerdə yeyilərsə ayaqlar həmişə arxa tərəfdə saxlanır , əsla önə uzadılmır.

Hindistan : Hər yeməkdən əvvəl və sonra əllərini mütləq yuyan hindlilər, sağ əlləri ilə yemək yeyərkən sol əllərini ortaq yeməklərini dəyişmədə istifadə edirlər. Hindistanda qabda yemək buraxmaq çox kobud bir davranış olaraq qəbul edilir və yemək masası ancaq hər kəs yeməyini bitirdikdən sonra tərk edilə bilir.

Çin : Yaponlar kimi yemək yeyərkən chopstick istifadə çinlilər , bu çubuqların iti olmayan tərəflərini xidmət qabından öz qablarına yemək almaq üçün istifadə edirlər. Və bunu edərkən də onlara ən yaxın uzaqlıqda olan parçanı götürürlər yəni aralarından gözəl olanı seçim etməyəcək qədər kübardırlar.

Əfqanıstan : Əfqanıstanda evə yeməyə gələn bir qonağa kral ailəsinin bir üzvü kimi davranılır. Yemək xidməti ilk küçə qapısına ən uzaq olan nöqtəyə oturdulan qonaqlara edilir, ən çox yemək qonağa qoyulur və qonağın yeməyə ilk olaraq başlaması gözlənilir.