Özəl effektlər necə qorxu filmləri üçün önəmlidirsə, ispan aktyor Xavyer də bu sektorda əvəzsizdir. Nadir rast gəlinən genetik xəstəliyə görə X. Botet kabuslarımızdakı bədheybətləri canlandırmaq üçün dijital retuşlara ehtiyac duymur. Sadəcə qrim etmək ona bəs edir.

Botetə altı yaşındaykən marfan sindromu diaqnozu qoyuldu.

Bu xəstəlik ona cılız bir görkəm versə də, boyunun orta boy səviyyəsindən uzun olmasına səbəb oldu.

Eyni zamanda oynaqları düşündüyümüzdən daha çox bükülə bilir.

Bir müddət əvvəl Botet zamanını şəkil çəkərək keçirirdi və özünü inkişaf etdirmək üçün Madridə köçdü və hər şey belə başladı…

Madriddə vaxt keçirdikcə kinomotoqrafiyaya maraq göstərdi və kiçik metrajlı filmlər hazırladı. Bir gün bir özəl effekt atelyesinə qatıldı və müəllim Botetin vücudunun bəzi bədheybət obrazları üçün mükəmməl olduğunu söyləyir və həmin müəllim Botetə ilk rolunu ifa etməkdə yardım edir.

Bir İspan filmində yer alan Botet böyük çıxışını 2009-cu ildə Texasda etdi.

Dijital effektlər sektoru nə qədər inkişaf etsə də Botet gerçək olanın hər zaman ən yaxşı olduğunu düşünür.

Xavyer Botetin rol aldığı bəzi filmlər:

  • The Conjuring

  • The Last Key

  • Mama

  • IT

  • Slender Man

  • Behind

  • The Walking Dead

  • Crimson Peak