Xoşbəxt anlarımızda, qəmli və kədərli zamanlarda göz yaşlarımızı tuta bilmirik. Səbəbləri müxtəlif olsa da, bütün bu kimi hadisələr qarşısında gözlərdən axan damlalar insana ruhi boşalma duyuğusu bəxş edir. İnsan ağladıqca sanki mənfi duyğulardan və sıxıntılardan azad olur və özünü bir az daha gümrah hiss edir. Gözlərimizə davamlı olaraq gözyaşı ifraz olunur. Bu göz qırpmamız gözlərimizi qoruyur və nəmli qalmasını təmin edir.

Gözümüzdə mükəmməl göz yaşı daşıma və boşaltma sistemi var. Təxmini hər 6 saniyədən bir göz qırpılması əməliyyatı təkrarlanır. Bu 60 il yaşayan bir insanın bütün ömürü boyu 250 milyondan çox göz qırpması mənasına gəlir. Göz qapaqlarının gözə zərər vermədən açılıb bağlana bilməsi də göz yaşının yaratdığı sürüşkənlik sayəsində reallaşır. Göz yaşının 98,2 %-i sudur. Geri qalan hissəsində isə duzlar və başqa maddələr toplanır.

Bundan başqa soğan doğrayarkən və ya manqal yandırarkən tüstünün gözümüzə qaçması nəticəsində tökdüyümüz yandırıcı göz yaşları, kədər, həddindən artıq sevincən doğan hissələrin təzahüründən yaranan göz yaşları vardır.

Ruhi ağlama mövzusunu ilk araşdıran Darvin olub. O, hər şeydə olduğu kimi bunu da təkamül nəzəriyyəsinə bağlayıb. Darvin hesab edirdi ki, göz yaşının rahatlama fuksiyasını yerinə yetirir.