Sağlam yaşamaq bir lüks deyil, məcburiyyətdir. Bunun üçün önəmli olan idman etmək və sağlam qidalanmaqdır, lakin biz bilirik ki, ofisdə işləyən, səhər evdən çıxıb, axşam evə qayıdan insanların sağlam həyat tərzinə keçməsi çətindir, ancaq belə insanlar üçün ən yaxşı idman vasitəsi yeriməkdir. Bəs gün ərzində nə qədər addım atmalıyıq?

Əgər sağlamlığınız yerindədirsə və uzun illər sağlam yaşamaq istəyirsinizsə, bəhanələrin arxasında gizlənməyə gərək yoxdur. Vaxtınız olmasa da, yorğun olsanız da, hava soyuq olsa da, yağış yağsa da yeriməyə laqeyd yanaşmayın. Ən azından nahar vaxtı qalxın və yeriməyə başlayın, bədəninizi hərəkət etdirin.

İnsan metabolizması gün ərzində ən az 5000 addım tələb edir. Əks halda sağlamlığınız üçün mənfi hallar baş vermə riski yüksəkdir. Əgər pis yaşamaqdan qorxur və yaşlanmağı gecikdirmək istəyirsinizsə, ən az 5000 addım atmaq şərtdir.

Obezlik (yemək yemədikdə belə kökəlmək), pis qidalanma, ürək çatışmazlığı, nəfəs darlığı və mədə problemləriniz varsa da, ən az 5000 addım gərəklidir.

Gündəlik addım sayını 7500-dən artıq etsəniz, həm yaşlanmağı yavaşladar, həm də sağlam bədənə sahib olmaq üçün ilk şərti yerinə yetirmiş olacaqsınız. 7500 addım ilə yanaşı düzgün qidalansanız, sağlam qalmağı bacararsınız.

Əgər 60 yaşından sonra da sağlam qalmaq istəyirsinizsə, gün ərzindəki hədəfinizi böyüdüb 10.000 addım atmağa çalışın. 10-12 min addım atmağın insan sağlamlığı üçün mükəmməl dərman olduğunu bilin.