Aşağıda qeyd etdiklərimiz hər birinizin həyatında gündəlik olaraq baş verə biləcək proseslərdir, odur ki, məlumatlanmağınız vacibdir.

Əgər soyuq duş altında 3 dəqiqə dayansanız, 40 kalori yandıracaqsınız.

Qədəhdəki şərabın keyfiyyətini öyrənmək istəyirsinizsə, qədəhi asta çalxalayın. Qədəhin içindəki çöküntü nə qədər qatıdırsa, şərab bir o qədər keyfiyyətlidir.

Yeməkdən qabaq dişlərinizi fırçalasanız daha az yemək yeyəcəksiniz.

Hıçqırığınız tutduğu zaman 10 saniyə nəfəs almayın və 3 dəfə udqunun. Hıçqırığınız keçəcək.

Yumurtanı qaynadarkən onun çatlamasını istəmirsinizsə, qaba yanmış kibrit qoyun.

Tərə qarşı dezodorantları səhər yox, gecə vurun. Bu, daha uzun müddətə qoxunun qarşısını alacaq.

Ütünün suyunun içinə bir az ətir vursanız, paltarlarınızdan gözəl qoxu gələcək.

Pişiklərin divan və ya kreslonuza oturmasını istəmirsinizsə, həmin yerə naftalin qoyun. Pişiklər onu heç sevməzlər.

Külqabının pis iylənməməsi üçün onu su ilə yox, zeytun yağı ilə isladın.

Saçlarınızı boyadarkən üzünüzə dəyən boyanı südə batırılmış pambıqla silin.

Yata bilmirisinizsə, albalı suyu için.

Zibil qutunuzun içinə soda və ya qabartma tozu töksəniz pis qoxunun qarşısını ala biləcəksiniz.

Yumurtanı qaynatdıqdan sonra qalan suyu dibçəyə tökün. Bitkilərə çox xeyirlidir.

Dırnaq boyasından qalan sarılığı götürmək üçün dırnağa sirkə sürtün. Rəngini açacaq.

Mədəniz bulanırsa bir stəkan qəhvə için.

Saçlarınızın ətirli qalmasını istəyirsinizsə, daramazdan əvvəl darağınıza ətir vurun. 🙂