İnsan üçün kosmosda həyat ən müəmmalı məsələlərdən biridir. Digər planetlərə gedib çatmaq bir qırağa, həmin planetlərin atmosfer və iqliminə uyğunlaşmaq belə olduqca çətindir. Günəş sistemimizdəki planetlərin iqlim və quruluşlarını incələdiyimiz zaman maraqlı faktlar ortaya çıxır.

Əgər heç bir təchizatımız olmasa, bu planetlərdə nə qədər müddət yaşaya bilərik?

1. Merkuri
Bu planetdəki gecə və gündüz arasındakı istilik olduqca fərqlidir. Gecələr -178 dərəcsə selsi olan hava, gündüz 426 dərəcəyə çata bilir. Merkuridə həyatda qalma müddəti 90 saniyədir.

Merkuri


2. Venera

Veneraya ayaq basdığınız andan sadəcə 1 saniyə həyatda qala bilərsiniz. Hansı səbəbdən öləcəyiniz isə məlum deyil. Belə ki, Veneranın atmosferi karbondioksiddir. Veneradakı təzyiq dünyadakı təzyiqdən 90 dəfə daha çoxdur. Planetin bütün səthi sulfat turşuluğu olan buludlarla örtülüb və bütün bunlarla yanaşı hava temperaturu 426 dərəcədir.

How Long the Human Body Could Survive on Each Planet of the Solar SystemHəmçinin diqqətinizi çəkə bilər: 24 saat ərzində planetimizdə nə baş verir? 


3. Mars

Mars, Yerdən başqa yaşama ehtimalı ən yüksək planetdir, lakin Marsda heç bir təchizat olmadan həyatda qalma müddəti 80 saniyədir. Atmosferin 95%-i karbondioksiddən ibarətdir. Orta istilik isə -62 dərəcəyə çatır.

How Long the Human Body Could Survive on Each Planet of the Solar System

4. Yupiter

Yupiter, Günəş sistemimizdəki ən böyük planetdir. Yupiterdə yaşama müddəti isə 1 saniyədir. Planetdə baş verən təbii fəlakətlər sizi öldürməyə bəs edir. Bununla yanaşı planet hidrogen və heliumdan ibarət olan qaz bulududur. Yupiterin səthi yoxdur.

How Long the Human Body Could Survive on Each Planet of the Solar System

5. Saturn

Yupiter qədər olmasa da, Saturn da nəhəng planetlər siyahısındadır. Saturnda həyatda qalma müddəti heç bir saniyə belə deyil. Bu planetdə saatda 800 min kilometr sürətinə sahib olan güclü küləklər əsir.

How Long the Human Body Could Survive on Each Planet of the Solar System

6. Uran

Uran planeti, isti su, metan qazı və ammonyakdan ibarətdir. Bu planetdə həyatda qalma ehtimalı demək olar ki, heç yoxdur. Planetin səthinə yaxınlaşdığınız anda əriməyə başlayacaqsınız.

How Long the Human Body Could Survive on Each Planet of the Solar System

7. Neptun

Neptunda da həyatda qalmaq 1 saniyədən az vaxt alır. Bu planetdə də çox şiddətli küləklər əsir. Küləklərin sürəti o qədər böyükdür ki, səsin yayılma sürətini belə keçə bilirlər.

How Long the Human Body Could Survive on Each Planet of the Solar System

İndi isə hansı planetdə yaşayacağınıza qərar verə bildinizmi? 😁

Mənbə: Brightside