Hindistan yüksək mədəniyyət və zəngin ənənələrdən ibarət bir ölkədir. Bir çox dünya filosoflarının Vətəni müdrik kəlamları ilə seçilir:
  • İnsanı tanımaq istəyirsən? Onu incit. İnsan kasa kimidir. Nə ilə doludursa, onunla da daşmağa başlayar.

  • Dahi zəkalar fikirləri müzakirə edir. Orta zəkalar  – hadisələri. Cılızlar isə insanalrı.

  • Uşaq sənin evində qonaqdır. Bəslə, tərbiyə ver, azad et.

  • Qadınlar doğuşdan alimdir. Kişilər isə kitab oxuyur.

  • Özünə qalib gəlmək, başqalarına məğlub olmağa qarşı ən güclü vasitədir.

  • Müdriksənsə, varlılarla, rəhbərlərla, uşaqlarla, qocalarla, qadınlarla, axmaqlarla, müəllimlərlə və müdriklərlə mübahisə etmə.

  • Özünü idarə etmək üçün başını işə sal. Başqaları ilə ünsiyyət qurarkən isə ürəyindən istifadə et.

  • Qadın parlayırsa, bütün ev parlayır. Qadının qanı qaradırsa, bütün evi zülmət bürüyür

  • Özgəsinə məsləhət verərkən, hər kəs alimdir. Məsləhətləri tətbiq etməyə gəldikdə isə, müdrik belə axmaqdır.

  • Quşun səmada, balığın isə suda izi qalmır. Xeyirxahların yolu belədir.

  • İnsanın bəzəyi müdriklikdir. Müdrikliyin bəzəyi sakitlikdir. Sakitliyin bəzəyi hünərdir. Hünərin bəzəyi isə yumşaqlıq.

  • Ağıllı insan özü qiymətləndirir. Axmaq isə şayiələrə inanır.

  • İnciklikləri qumun üzərində yazın. Yaxşılıqları isə mərmərin üzərində cızın.

  • Pilləkənləri qalxmaqda çətin olan, pilləkənin önündə duran kütləninin arasından irəli keçə bilməkdir.

  • Həyatımızın uzunluğunu dəyişə bilmərik, ancaq onun dərinliyini və enini artırmaq üçün edə biləcəklərimiz var.