Kanada artıq 300 ildən çoxdur ki, dünyanın müxtəlif künclərindən axışan insanlara daha yaxşı bir həyat üçün ümid yeridir. Fransızlar, almanlar, italyanlar, polyaklar, ukraynalılar və bir çox digər xalqların nümayəndələri yüzlərlə il əvvəl bu ölkəni immiqrantlar üçün mükəmməl bir yerə çevirdi. Kanada niyə bu qədər arzuolunandır və orada yaşamaq göründüyü qədər sadədirmi? Gəlin, Kanadada yaşamağın müsbət və mənfi tərəflərini birlikdə araşdıraq.

Müsbət cəhətlər

  • Kanadanın ekoloji siyasəti inkişaf etməkdədir. Bundan əlavə Kanadada sülh hökm sürür, neytrallıq qorunur. Kanada ABŞ və Avropa ölkələrindən fərqli olaraq terrorizm təhlükəsi ilə üzləşmir.

  • Kanada ərazisində rəsmi yaşayan sakinlər tibbi yardımdan ödənişsiz istifadə edə bilər, uşaqlar isə ödənişsiz təhsil ala bilər.

  • Kanadada ikili vətəndaşlıq tanınır. Bu isə o deməkdir ki, hazırki vətəndaşılığınızı itirmədən Kanada vətəndaşlığını əldə edə bilərsiniz.

  • Kanadanın iki rəsmi dili var: ingilis dili və fransız dili. İngilis dilini bir çoxlarınız məktəb proqramından bildiyiniz üçün burada ünsiyyət qurmaqda bir o qədər də çətinlik çəkməyəcəksiniz.

  • Kanada pasportunu aldıqdan sonra viza almadan 154 ölkəni ziyarət edə bilərsiniz.

  • Kanada ən təhlükləsiz ölkələrdən biridir.

  • Kanada dəfələrlə müxtəlif göstərilərə əsasən ən yaxşı ölkə seçilmişdir. Kanadanın bir çox şəhərləri isə yaşayış üçün ən yaxşı şəhərlər olaraq dünya reytinqlərinə daxil edilmişdir.

  • Burada ictimai obyektlərin sayı hesabı yoxdur: kitabxanalardan tutmuş uşaq əyləncə mərkəzlərinə və parklara qədər hər biri mükəmməl vəziyyətdədir və üstəlik bir çox abidələri ziyarət etmək üçün əlinizi cibinizə salmağa ehtiyac yoxdur. Kanadanın təbiətinə isə söz ola bilməz!

  • Kanadada maaşlar kifayət qədər yüksəkdir.

  • İmmiqrantsınızsa özünüzü burada tək hiss etməyəcəksiniz, çünki Kanada məhz immiqrantların ölkəsidir.

Mənfi cəhətlər

  • İqlim Kanadanın mənfi cəhətlərindən biridir. Bəzi vilayətlərdə qış uzun və şiddətli keçir. Bu halda isə isitmə sistemi üçün xeyli xərc çıxır. Bir çox regionlarda olan güclü küləkləri, yağışlı hava şəraitini və ağcanadları da unutmamaq gərək.

  • Kanada bahalı ölkədir. Burada evin icarəsinin, qida məhsullarının qiyməti olduqca yüksəkdir. Odur ki, bura köçdükdən dərhal sonra iş axtarmağa tələsin!

  • Və təəssüf ki, yüksək ixtisaslı mütəxəssislər üçün belə yüksək maaşlı iş tapmaq asan məsələ deyil. Bu səbəbdən də ofisiant və ya fəhlə işləməyə hazırlıqlı olun.

  • Vergilərin məbləği olduqca yüksəkdir. Bəzi hallarda vergilər sahibkarın qazancının yarısını qədər bir məbləğ təşkil edə bilər. Buna baxmayaraq, Kanadalıların gəlirləri bu xərclərin ödənilməsinə imkan yaradır.

Qərar sizindir! 🙂