Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

Klinik ölüm keçirmiş insanların 10%-i qəribə inanılmaz hekayələr danışır. Alimlər klinik ölüm zamanı beyinin 30 saniyə ərzində müxtəlif təsəvvürlər yaratdığını açıqlama olaraq iləri sürür. Xəstələr isə ölümdən sonra həyatın mövcud olduğunu israrla iddia edir..

Hekayə 1. Əməliyyat masasında uzandığımı görürdüm. Özümə kənardan baxırdım: həkimlər və tibb bacıları ürəyimin fəaliyyətini geri qaytarmağa çalışırdı. Mən onları görürdüm və eşidirdim, onlar isə məni yox. Bir tibb bacısı ampulanı qırarkən barmağını kəsdi və onun əlcəyi qanla dolmağa başladı. Daha sonra zülmət çökdü. Mənim mətbəximdə anam və atam oturmuşdu. Anam ağlayırdı. Onlar məni görmürdülər. Yenidən zülmət çökdü. Mən gözlərimi açdım. Ətrafda monitorlar və borular var idi. Bədənimi hiss etmədiyim üçün hərəkət edə bilmirdim. Mən yenə həmin tibb bacısını gördüm. Barmağını kəsən həmin tibb bacısını. Onun barmağı sarıqla bağlanmışdı. O, mənə avtomobil qəzası keçirdiyimi, xəstəxanada olduğumu və valideynlərimin məni görməyə gəldiyini dedi. Mən ondan soruşdum: sizin barmağınız necədir? Axı siz onu ampulanı qırarkən zədələmişdiniz. O, təəccübdən donub qaldı. Sən demə, həmin günün üzərindən 5 gün keçmişdi.

Hekayə 2. Mən öz otağımda tələsərək hazırlaşırdım. Dostlarımı səslədim, lakin heç kəs səsimə səs vermədi. Daha sonra otağımın qapısının arxasında səs-küy eşitdim. Nəyin baş verdiyini öyrənmək üçün çıxdım. Qapı arxasında çox sayda insan var idi: bəziləri ayaq üstə, bəziləri oturub, bəziləri başını əyib, bəziləri ağlayır. Mən isə yerdə uzanmışdım. Mən ölmüşdüm.. Axı mən həqiqiyəm, burdayam! Mən hamıya qışqırırdım: «Bura baxın, mən ölməmişəm!» Ancaq heç kim məni eşitmirdi. Səylərimin nəticəsiz olduğunu gördükdən sonra mən otağıma qayıtdım və vahimə ilə həqiqətən öldüyümü düşünməyə başladım.

Hekayə 3. Mən iki qapı xatırlayıram. Orta əsrlərdə olan qapılardan. Biri taxta, digəri isə dəmir. Mən uzun müddət sakitdə dayanıb onlara baxdım.

Hekayə 4. Həkimlər əməliyyatın uğurlu keçmək ehtimalının 5%-a bərabər olduğunu demişdi. Risk etdilər. Əməliyyat gedişatında ürəyim dayandı. Yenicə dünyadan köçmüş nənəmi gördüm. O, mənim başımı tumarlayırdı. Hər şey ağ-qara idi. Hərəkət etmədiyim üçün o həyacan keçirməyə başladı və məni silkələdi. O, mən ağzımı açaraq nəfəsimi dərib, ona cavab verənə qədər qışqırmağa davam etdi. Mən nəfəs aldım və ürək sıxıntım keçdi. Nənəm gülümsədi. Və mən anidən soyuq əməliyyat masasını hiss etdim.

Hekayə 5. Dağın nurlu zirvəsinə qalxan bir çox insan var idi. Onlar sıradan insanlar idi, ancaq mən onların mənim kimi ölü olduqlarını dərk edirdim. Xəyal qırıqlığı məni məhv edirdi: axı təcili yardım o qədər insanı xilas edir, niyə onlara mənə qarşı belə etdilər?! Birdən toplum arasından xalamın rəhmətlik qızı çıxdı və mənə səsləndi: «Din, geri qayıt.» Həmin an mən onun «geri» deyərkən nəyi nəzərdə tutduğunu anlamaq üçün arxaya baxdım və sözün əsl mənasında çarpayıya çırpıldım. Ətrafımda həkimlər həyacanla hərəkət edirdi..

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂