Yaşanılan bütün müzakirə və yaxud mübahisələrdə şübhəsiz haqlı olan bir tərəf vardır; təbii haqsız olan tərəf də… İynəni özümüzə batırmaq mövzusunda hər nə qədər qabiliyyətsiz olsaq da səhvlərimizi anlayıb qarşımızdakı insandan üzr istəmək böyük bir yetkinlik göstəricisidir, çünki kiçik bir üzr bəzən əsla birləşməyəcək yolları bir-birinə bağlayır..


1. Üzr istəmək qarşı tərəfə “Sənə dəyər verirəm” mesajı göndərir.

Üzr istəmək addım atmaqdır, addım atan insan qarşısındakının duyğularına əhəmiyyət verən insandır. Üzr istəmək bizi alçaltmamaqla bərabər qürur duyacağımız bir davranışdır.


2. Üzr istəmək eqolarına qalib gələ bilməkdir.
Hər insan özünün istəkləri istiqamətində hərəkət edir, bəzilərimiz eqolarımıza əsir düşərkən, bəzilərimiz onlara qalib gələ bilərik. Üzr istəmək də qarşımızdakı insanı egolarımızı yox sayacaq qədər önəmsədiyimizin ən böyük dəlilidir.


3. Üzr istəmək edilən bir səhvin təkrarlanmayacağının zəmanəti kimidir.

Hamımız insanıq, səhv etməyimizdən daha təbii bir şey ola bilməz. Xətamızın fərqinə varıb üzr istədikdə isə o səhvi təkrarlamayacağımızın zəmanətini vermiş olarıq.


4. Üzr istəmək uzlaşmacı bir rəftar sərgiləməkdir.
Çağımızın problemlərindən biri ünsiyyətsizlik və insanlar arası uzlaşmağın çətinliyidir. Üzr istəmək isə qarşılıqlı uzlaşmağın ən əhəmiyyətli addımıdır. İlk addımı atdığımız zaman sonrasının gələcəyi onsuz da məlumdur.


5. Üzr istəmək mənasız inciklikləri bitirməkdir.

Bir-birimizi sabah görə biləcəyimizin zəmanəti yoxkən məhdud vaxtımızı küsülü qalaraq keçirtmək çox böyük axmaqlıqdır. Üzr istəmək isə bu qapının açarıdır.


6. Üzr istəmək güclü bir xarakterə sahib olmaq deməkdir.
Xarakteri güclü olan insan həyatın hər sahəsində irəlidədir deməkdir. Xarakterimiz özümüzə verdiyimiz dəyərin qarşılığıdır. Daxili dünyamıza nə qədər çox yatırım etsək, o qədər güclü bir xarakterimiz olur.


7. Səhvlər nə qədər böyük olursa olsun, üzr istəmək hər zaman bir ümiddir.

Bəli elə səhvlər var ki, bəzən bir üzr kifayət etmir, amma o, böyük buzlar üçün yaxşı bir əritmə vasitəsi ola bilər.


8. Üzr istəmək sevgini göstərməyin ən yaxşı yollarından biridir.
Bəzən bu iki sözdən ibarət olan cümlə digər bir cümləylə bərabər olur. Yəni “Səni sevirəm” lə.


9. Üzr istəmək yeni bir şansı qazanmağın ən asan yoludur.

Dünyanın ən asan qaydasıdır bəlkə də… Sevdiklərimiz üçün bunu etmək çox da çətin olmasa gərək.


10. Üzr istəmək insanın səhvləriylə üzləşməsidir.
Bəzən səhvlərimizə qarşı məğlub oluruq. Etdiyimizin çox böyük səhv olduğunun əsla fərqinə vara bilmirik. Bəzilərimiz də fərqində olsaq belə üzr istəməyi bacara bilmirik. Halbuki səhvlərimizlə üzləşmək bizi daha yetkin, daha şüurlu biri edəcəkdir.