Leqo konstruktorları bütün dünyada tanınan oyuncaq növüdür. Böyükdən kiçiyə hər kəs leqo dolu masaya oturduğu zaman, zamanın necə gəlib keçdiyini anlamır. Bu günə olan faktlarımız da, məhz bu əfsanəvi oyuncaq haqqındadır:

  • Leqo dəstlərinin istehsalına 1958-ci ilin yanvar ayından başlanılmışdır.

  • Əsas istehsalçı ölkə Daniyadır. Bu ölkədə 8 000-ə yaxın işçi gün ərzində 60 ton materialdan istifadə edərək leqo istehsal edir. Leqo istehsalı ilə məşğul olan digər ölkələr isə Amerika, İsveçrə, Braziliya və Cənubi Koreyadır.

  • Şirkət qurulduğu zamandan etibarən təxminən 485 000 000 000 detal istehsal etmişdir.

  • Mövcud olan bütün Lego detalları, yer kürəsini 10 dəfə Lego ilə örtə bilər.

  • Bütün Lego adamların başında bir deşik var. Bunun səbəbi, körpələrin Lego adamları udduqları zaman, nəfəs ala bilmələridir.

  • Oyuncağın adı “Leggodt” sözündən əmələ gəlmişdir. Sözün mənası “yaxşı oyun”dur.

  • Hazırda 3900 növ, 58 rəngli detal istehsal olunmaqdadır.

  • Ən böyük Lego dəsti “StarWars X-Wing” adlanır. O, 5,3 milyon detaldan ibarətdir. Nəhəng dəstin çəkisi 23 tondur. Onun hazırlanması 17 saat çəkmişdir.

  • 300 milyon uşaq Leqo oyuncağına sahibdir.