Məqsəd vs Plan

155

2018-ci ilin bitməyinə 2 ayın qaldığını xatırlatmağa gərək var?

Bu il də hər il olduğu kimi məqsədləriniz vardı? Hansını həyata keçirdiniz? Əgər həyata keçirməmisinizsə o zaman bir şeyləri dəyişdirmək lazım deyil?

Yaxın oturun – Sizə çox önəmli sirr açıqlayacam!

Bir şeylərə nail olmaq üçün məqsədlər kifayət deyildir. Bunun üçün həm də çalışmaq lazımdır. Bu səbəbdən də plansız məqsədlərimizin lazımsız olduğunu qeyd etməyim mütləqdir.

Məqsədlərinizi müəyyən etmək üçün özünüzə hansı sualları verirsiniz? Mən nə istəyirəm? Ancaq deməliyəm ki, bundan öncə özünüzə daha başqa sual verməlisiniz: Mən kiməm?

Niyə mən kiməm? Çünki ilk öncə özümüzü tanımalıyıq.

Özümüzü tanıdıqdan sonra məqsədlərimizi bəlli etməyimiz daha rahat olacaqdır. Həm özümüzü tanımadan necə plan qura bilərik?

Bu plan nə məsələdir belə? Plan bizim həyata keçirmək istədiklərimizi hər zaman yoxlamaq üçün bir vasitədir.

Məsələn, bir məqsədiniz var: Bu il ingilis dilindən IELTS imtahanına girəcəm! Bunu həyata keçirməyiniz plan olmadan mümkünsüzdür. Hər gün çalışmağınız lazımdır. Çalışma planı hazırlayırsınız və mütləq son bitmə tarixi lazımdır. Yoxsa bu planlar uzandıqca uzanır və sonda ilin bitməyinə 2 ay qaldığını görürsən…

Planlı şəkildə hazırlaşırıq və daha yaxşı nəticələr əldə edəcəyimizdən də əminəm bundan sonra.

Deməli, biz məqsədlərimizə çatmaq üçün plan qurmalıyıq, ancaq bunlardan da öncə özümüzü tanımalıyıq.

Məqsədlərinizi plana çevirin! Yenə də asan olmayacaq, ancaq planlarımızı həyata keçirəcəyimizdən heç şübhə etmirəm!

Həəə, indi qeyd olunanları yoxlamağa nə deyirsiniz?

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al