Məşhur sahibkarların 6 uğur hekayəsi.

131


Pierre Omidyar

1995-ci ildə gənc bir proqramçı, öz qurduğu fərdi veb sayt üzərindən kiçik bir auksion təşkil edib, istifadə etmədiyi əşyaları satırdı. AuctionWeb adlı bu platforma əvvəllər “fərdi” bir layihə idi, ancaq qısa müddətdə izləyici kütləsi çoxalan AuctionWeb layihəsinin sahibi Pierre Omidyar’a fərqli şeylər düşünməyə başladı. Əşyalarını sayt üzərindən satmaq istəyənlərdən kiçik xidmət haqqı tələb etməyə başlayan Omidyar, qısa müddət sonra bu ödənişlərin təqib edilməsi üçün bir işçi tutdu. Hal-hazırda bu layihəni eBay adıyla tanıyırıq!..


John Ferolito and Don Vultaggio

70-ci illərdə Amerikada kiçik bir mikroavtobusla pivə paylamaqla məşğul olan iki İtalyan əsilli yaxın dost John Ferolito və Don Vultaggio, o dövrdə çox satılan bir spirtsiz içki markasından ilham alaraq öz içkilərini istehsal etməyə qərar verdilər. Bir sıra fərqli aroma və dadlar sınayan dostlar, bu gün qlobal dünyada çox yaxşı tanınan və Amerikanın ən çox satılan spirtsiz içki markası olan Arizona Green Teas’i qurdular. O illərdən bəri ayrılmayan Ferolito və Vultaggio’nun ortaqlığı və dostluğu hələ də davam edir.


Matt Maloney and Mike Evans

Matt Maloney və Mike Evans, davamlı olaraq masa arxasında çalışan və buna görə kənardan yemək sifarişi vermək məcburiyyətində qalan iki Chicago’lu proqramçı idi. Hər gün yemək sifariş etmək üçün restoranlara zəng vurmaqdan yorulan dostlar, tamamilə öz ehtiyacları səbəbiylə bir vebsayt yaratmağı bacardılar. Amerikanın ilk və ən böyük online yemək sifariş portallarından olan GrubHub məhz belə qurulub. Ölkəmizdə fəaliyyətdə olan bir çox online yemək sifarişi alan saytların da ilham qaynağı olan GrubHub’ın hal hazırki dəyəri 3 milyard dollardan çoxdur.


Joe Coulomb

Kaliforniyanın cənubunda kiçik bir market işlədən Joe Coulomb, ətrafdakı universitet tələbələrinin meyllərini yaxşı müşahidə edərək fərqli bir strategiya düşündü. Əvvəl Amerikadakı klassik 7-11 market anlayışından fərqli və nisbətən daha keyfiyyətli və sağlam məhsullar satan bir market şöbəsiylə işə başlayan Coulomb, bu gün Hollywood ulduzlarının belə alver etdiyi seçmə market zənciri Trader Joe s imperiyasının sahibidir.


Howard Schultz

Әyləncəli bir Milano gəzintisi, ancaq bu qədər karlı bir fikrə çevrilə bilərdi! Seattledə qəhvə ixrac edən marketinq şəbəkəsində çalışan Howard Schultz, İtaliyada gördüyü bir-birindən keyfiyyətli espresso kafelərinə heyran olduqdan sonra bu anlayışı Amerikaya da daşımağa qərar vermişdi. Bu fikrindən çalışdığı şirkətə bəhs edən Schultz, Seatle’da İtalyan üsulu qəhvə dükanları açma fikri ilə maraqlanmayan müdiri tərəfindən əvvəlcə geri çevrilsə də, müdirini bu işə pul ayırmağa razı salır. Həmin fikrin nəticəsini indi çox yaxşı tanıyırsınız.. Starbucks!


Konosuke Matsushita

90 il əvvəl, 1917-ci ilin Yaponiya’sında keçən maraqlı bir sahibkarlıq hekayəsindən bəhs etmək istəyirik: Osaka Elektrik Fabrikində təhsilsiz bir şəyird olaraq işləyən Konosuke Matsushita inkişaf etdirdiyi yüksək səviyyəli elektrik cihazlarını müdirinə təqdim etmək üçün səbirsizlənirdi. Lakin təəssüf ki, müdiri onunla eyni həyəcanı paylaşmırdı. Bu vəziyyət gənc Matsushita’nı həvəsdən salmadı və işlər gənc şəyirdin evinin zirzəmisində davam etdi. Әvvəllər Matsushita Electric adıyla fəaliyyət göstərən və daha sonra adı Panasonic olaraq dəyişən bir elektron nəhəngi belə yaranmışdır.



Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: