1964-cü ildə Pepsinin reklam agentliyinin “Canlanın, siz Pepsi qurşağındasınız” şüarı , tərcüməçilərin bacarıqsızlığı ucbatından Alman dilinə , “Məzarınızdan diri olaraq çıxın”, Çin dilinə isə “Pepsi babalarınızı məzarlarından çıxarar” olaraq çevrilmişdi.

1971-ci ildə torpaq sürüşmələrini araşdırmaq istəyən Yapon elm adamları, böyük bir yağış fırtınası effekti yaratmaq üçün bir təpəni yanğın xortumlarıyla sulayırlar. Buna görə təpənin çökməsi nəticəsində dörd elm adamıyla 11 tamaşaçı həyatını itirmişdi.

Gillette şirkəti 1902-ci ildə etibarlı ülgüc satmağa başladığında yüzlərlə kişi onlardan alır. Sonra da bu ülgüclərin saqqallarını kəsmədiyini söyləyərək onları zibilə atırlar. Gillette səlahiyyətliləri, məmnun olmayan müştərilərin təraş olmadan əvvəl ülgüc sarıldığı kağızı çıxarmadıqlarının fərqinə varmışdılar.

Pensilvaniya Radnorda bir şübhəlini sorğuya çəkən polis, şübhəlinin başına metal bir süzgəc yerləşdirmiş və tellərlə kserokopiya maşınına bağlamışdı. Kserokopiya maşınında onun yalanlarının yazıldığını söyləməsinə inanan şübhəli günahını etiraf etmişdi.

Kambocada 2 əsgər, partlamamış minayla futbol oynamaq istədikdə həyatlarını itirmişdilər. Maraqlı olan isə parçalanaraq can verən 2 əsgərin, Kamboca ordusunun “ən yaxşı mina mütəxəssisləri “ndən olmaları imiş.

Məşhur ingilis vəkil F.E. Smith, bir avtobus qəzasında qolu yaralandığı üçün iddia açan və qolunu yalnız çiyin məsafəsinə qədər qaldıra bildiyini ifadə edən bir dolandırıcıya, “Qəzadan əvvəl qolunu nə qədər yüksəyə qaldıra bildiyini” soruşdu. Adam qolunu başının üzərinə doğru qaldıraraq göstərmək istədikdə, məhkəməni Smith qazanmışdı.

Chevrolet , yeni model avtomobili üçün ” Nova” adını tapdı, amma sonra avtomobili Latın Amerikasında sata bilməyəcəkləri aydın oldu. Çünki “Nova” , İspan dilindən “getməz” mənasını verirdi .