Oscar mükafatı alaraq tarix yazan Parazitlər filmi necə oldu bu qədər mükafata layiq görüldü? Film ən yaxşı direktor, ən yaxşı ssenari, ən yaxşı xarici dildə film və ən yaxşı film mükafatları olmaqla, 4 Oskara layiq görüldü. “Ən yaxşı film” kateqoriyasında sadəcə Oskara deyil, Kann kinofestivalı, BAFTA, Qızıl Qlobus, Beynəlxalq AACTA kimi bir çox fərqli festivalda da mükafatlandırılmışdır.
Parazitlər, aktyorlardan asılı olmadan 4 Oskar alaraq tarixə keçdi. Daha əvvəl ingiliscə olmayan filmlərdən “Ən yaxşı film” mükafatına namizəd olan filmlər olsa da, onlardan qazanan olmamışdı. Life is beautiful, Letters from Iwo Jima və Il postino bunlardan bəziləridir. Oskar almaq üçün filmin ingilis dilində olması şərt deyil, amma Oskar almaq üçün də filmin tabe olmalı olduğu bəzi qaydalar var.
Oskar almaq üçün lazım olan qaydalar:
– 40 dəqiqədən daha uzun sujet xətti
– Premyerasını Oscar təqvimi ilə, xalqa açıq bir məkanda keçirməli
– 35 mm ya da 70 mm film formatı və ya 24-kadr, digital formatda yayımlanmış olmalı
– Bir-birini izləyən (ən az) yeddi gün ərzində Oskar təqvimi içində ödəniş əsasında Los Angeles kinoteatrında göstərilməli
Parazit filmi bütün texniki tələblərə cavab verirdi. Texniki proseslərdən savayı filmin niyə belə tarix yazdığını daha detallı incələyək.
Amerikalılar altyazılı filmləri sevmədiyi halda Cənubi Koreya filminin həm xarici dildə, həm də ən yaxşı film kateqoriyasında mükafat almasında böyük əmək var. Filmin PR çalışmaları ilə yanaşı direktoru Bong Joon 80 fərqli festival gəzərək tək-tək nəyi hədəflədiklərini ortaya qoymuşdur. Bu əmək Hollywood tərəfindən sevgi ilə qarşılandı. Martin Scorsese və Quentin Tarantino tərəfindən də siyahılarda yer verilib, ayaqda alqışlandı.
Varlı-kasıb hekayəsi bir qırağa, açılış və qapanışın asqıya asılmış bir corab ilə verilməsi… Ailənin yaşadığı evin aşağıda yerləşməsi və bir əyyaşın sidiyinin belə bu evi kanalizasiya kimi istifadə etməsi… Filmdə dizayn edilmiş tualetin belə insanların boyundan daha hündür yerdə olması… Tualet belə bu insanlardan daha yuxarı bir yerə sahibdir, onlar tullantı belə ola bilməz! Və bu məkanda ailənin wifi axtarması isə son dərəcə diqqət çəkir.
Varlılar üçün zövq şousu olan qazonun üzərinə yağan yağış, kasıblar üçün leysan mənasına gəlir. Filmdə ailə varlıların yerini işğal edib yağmuru romantik şəkildə izləyərkən, daha sonra burunlarına qədər çirkə batdıqlarına şahid olurlar.
Burjua kimi geyinə bilər, onların yediyi kimi yeyə və içdiklərindən içə bilərsiniz, amma heç vaxt üzərinizdəki qoxunu çıxara bilməzsiniz. İllərdir içində yaşadığınız leş və rütubər qoxusu kasıb parfümüdür və bu acı həqiqətlə hər zaman qarşılaşarsınız. Bu qoxu filmin finalına birbaşa səbəb olan alleqoriyadır.
Film ərzində varlı evin zirzəmisində başqa kasıb bir ailənin yaşadığı ortaya çıxır. Hər iki yoxsul ailə də bir-birlərini telefonla təhdid edirlər. Əllərinə azacıq güc keçən kimi bunu istifadə etməkdən çəkinmirlər. Eyni sinifdən olsalar belə, bir-birlərini aşağı itələmək istəyirlər.
İdman zalında gözlərini bağlayan ata həqiqətləri sayıqlamağa başlayır. Film posterində insanların gözlərinə qara lent çəkilməsi bu səbəbdəndir. Gözünüzü nə zaman bağlasanız, o qaranlıqdakı həqiqətləri sayıqlayarsınız.
SPOYLERLƏRİN SONU
Alt sinif iqtisadi sistemə baş qaldırmayaraq, olduqları vəziyyəti görməzlikdən gələrək korlaşarkən, burjua sinifi isə ətrafındakı parazitləri, həqiqətləri, şişirdilmiş həyatın gətirdiyi sərxoşluq səbəbi ilə görməyərək kor olmuş vəziyyətindədir.