Müvəffəqiyyətli insanlar niyə hər gün eyni paltarları geyinir?

712

Steve Jobs, Mark Zuckerberg kimi dünyanın ən müvəffəqiyyətli insanlarının niyə həmişə eyni paltarları geyindiyini düşünmüsünüzmü?


Yaşadığımız əsrdə insanların moda sevgisinə rəğmən, “kapsula qarderob” adlı yeni axım başladılmışdır. Kapsula qarderobun təməl prinsipi, hər zaman 10-15 ədəd eyni paltarı geyinməkdən ibarətdir. Bu axımın əsl maraqlı tərəfi isə bu fikri mənimsiyənlərin, daha çox dünyanın ən yaxşı siyasətçiləri və təşəbbüskarlarının olmasıdır.

ABŞ prezidenti Barak Obama, yalnız boz və mavi kostyum geyinir.



1. Daha əhəmiyyətli mövzularda daha yaxşı qərarlar vermək..
İnsanlar, uzun düşüncələrdən sonra “qərar vermə” nöqtəsində hər zaman müvəffəqiyyətli olmaya bilərlər. Xüsusilə gün ərzində daha əhəmiyyətli qərarlar vermək məcburiyyətində olan insanlar “bu gün nə geyəcəyəm?” sualını həyatlarından çıxardıqları zaman həm daha yaradıcı həm də mental olaraq daha çox sahəyə sahib olduqları müşahidə edilmişdir.

Barak Obamanın bu mövzuda söylədikləri də bu fikri təsdiqləyir; “Gördüyünüz kimi, geyindiyim kostyumlar yalnız boz və mavi rəngdədir. Qərar verməli olduğum şeylərin sayını azaltmağa çalışıram. Nə yeməyim və ya nə geyəcəyim mövzusunda düşünüb qərarlar vermək istəmirəm, çünki bunlar xaricində daha əhəmiyyətli qərarlar vermək məcburiyyətindəyəm.”

Mark Zuckerberg də bənzər səbəbi göstərərək; “Səhərlər verilməyən bir mənasız qərar belə həqiqətən əhəmiyyətli şeylər üzərində veriləcək daha yaxşı qərarlara yol açır” deyir.

Bir müddət əvvəl Mark Zuckerberg, qarderobunun fotoşəkilini Facebook hesabından paylaşmışdı.



2. Boşa xərclənən zamana qənaət etmək..
Qənaət etməyə başlayana qədər bu tip mövzuların bizim üçün nə qədər böyük bir yük olduğunu əslində çox anlaya bilmirik. Tətbiqə başladığımız zaman isə bir anda sanki yeni bir həyata başlamış, ya da daha çox boş zamanımızın olduğunu hiss etməyə başlayırıq. Digər bir deyişlə qarderobumuzu pəhrizə oturda bilsək, səhərlər hazırlanmağın sadəliyini və sadəliyin məhsuldarlığını kəşf etməyə başlaya bilərik.




3. Gündəlik stressi azaltmaq..
New Yorkda yaşayan Matilda Kahl, eyni paltarları geyinməyin ən böyük səbəbini qazandığı zaman olaraq göstərir və əlavə edir; “Səhər nə geyinəcəyimə qərar vermək məcburiyyətində olmadığım üçün, günün davamında stressi daha az hiss edirəm. Bu sayədə ‘Bu çox rəsmidirmi? Gedəcəyim yer üçün bu paltar uyğundurmu? Geyimlər çoxmu qısadır?’ kimi sualları soruşma ehtiyacı duymuram.” Matilda Kahl’ın ən çox üstünlük verdiyi iki paltarı var; ipək ağ köynək və qara şalvar.

Christopher Nolan



4. Boşa xərclənən enerjini aradan qaldırmaq..
21-ci əsrin ən müvəffəqiyyətli filmlərinə imza atan İngilis rejissor Christopher Nolan da bu axına qoşulanlardandır. New York Timesin verdiyi məlumata görə Nolan, uzun zaman əvvəl hər gün nə geyəcəyini düşünmənin boş yerə xərclənən enerjidən ibarət olduğunu düşünməyə başlamışdı. Buna görə də onun imzası kimi adlandıra biləcəyimiz bir neçə paltar seçmişdir. Seçdikləri arasında ən çox geyindiyi isə dar qara şalvar üzərinə mavi köynək və pencək, altına da hər gün geyinə biləcəyi rahat bir cüt ayaqqabıdır.

Nolan üçün boşa xərclənən enerji yalnız nə geyinəcəyinə qərar vermək deyil. Çox paltar olan şkafların səliqəyə salınması da Nolan üçün boşa xərclənən zaman israfıdır.



5. Edilən bütün seçimlər ‘möhtəşəm’ olacaqdır.
Dallasda yaşayan Dena Barahona da dağınıq və dolu qarderobunu minimal hala gətirənlərdəndir. Bu dəyişikliklərdən əvvəl qarderobunu bir cheesecake fabrikinin menyusuna bənzədən Barahona, dəyişikliklərdən sonra isə bir çox baxımdan sakitləşdiyini, boşaltdığı qarderobundakı çox paltarın artıq ona yaraşmadığının fərqinə vardığını söyləyir.

İndi isə kapsula qarderobu ona elit bir restoranı xatırladır və əlavə edir; “Daha az seçimim var, lakin bilirəm ki, bundan sonra edəcəyim hər seçim üzərimdə möhtəşəm görünəcəkdir. Artıq mənim üçün əsas olan daha gözəl görünmək deyil, daha yaxşı hiss etməkdir.”

Yazar Alice Gregory də ‘kapsula qarderob’ axınına qoşulanlardandır…



6. Acgöz olmadan modaya uyğun gəlmək…
New Yorkda yaşayan yazar Alice Gregory də keçən il bu axına qoşulanlardandır. Bu dəyişikliyin əslində çox ikonik olduğunu vurğulayır. Möhtəşəm görünməyin ucuz və ən asan yolunun bu olduğunu ifadə edən Gregory, sözlərinə belə davam edir; “Uniforma kimi seçəbildiyimiz bir neçə paltar xüsusilə acgöz olmamıza maneə törədir.

Bundan əlavə insanı daha yetkin hiss etdirir. “Hər gün eyni paltarı geyinməyi, romanlardakı qəhrəmanlara bənzətdiyinə diqqət çəkən Alice, “Şəkilli kitablarda fərqinə varmırıq, amma heç bir qəhrəman hekayə bitənə qədər paltarlarını dəyişdirmir. Özünüzü bir uniformaya öyrətməyin, dəbdən düşmüş bir şey olmadığını başa düşmək lazımdır.”



7. Gərəksiz xərclərdən xilas olmaq
Orta hesabla bir Amerikan ailənin illik qarderob xərcləməsi 1700 dollardır. Qulağa çox gəlməsə də əslində ehtiyacımız olmayan çox şeyi aldığımız üçün etdiyimiz bu tip xərclər əslində gərəksizdir. 1930-cu ildə bir Amerikan qadının qarderobunda olan paltar sayı ortalama 9 idi. İndi isə hər ay üçün orta hesabla 30 paltardan bəhs edilir. Kapsula qarderobla yaşamağın ən böyük qatqısı isə insanları gərəksiz xərclərdən xilas etməkdir.

ABŞ-lı aktrisa Drew Barrymore



8. Daha yaxşı geyinmək deyil, daha yaxşı hiss etmək..
Məşhur aktrisa Drew Barrymore ötən ay Refinery29’da, paltarlarla olan əlaqəsindən və həyata yeni baxış bucağından bəhs edən bir məqalə paylaşdı. Məqaləsində “Təxminən 40 yaşındayam və paltarlar artıq mənim üçün heç bir məna ifadə etmir. İki uşaq dünyaya gətirdikdən sonra isə çox paltarlarım artıq bədənimə uyğun gəlmir. ” deyərək özünü paltar mövzusunda bir dönüş nöqtəsində hiss etdiyini düşünür.

İndi isə qarderobunu rəsmi olaraq bir “pəhrizə” oturdan Barrymore, paltar alış-verişində əvvəlkindən daha çox düşünür. Bu “pəhrizdən” aylar sonra qarderobunun özünü daha xoşbəxt hiss etdiyini və hazırlanmanın artıq bir savaş olmadığını, moda anlayışının artıq daha sakit və huzurlu olduğunu söyləyir.


Cem Yılmaz Müvəffəqiyyətli şoumen Cem Yılmaz da, Türkiyədə ‘kapsula qarderob’ axınını illərdir təqib edir. Məşhur şoumenin, qara köynək və şalvar dəsti artıq onun ‘simvol’una çevrilmişdir.




Albert EinsteinMəşhur dahi Albert Einstein də hər zaman eyni kostyumu geyinmişdir! Oxşar dizayn, eyni parça, eyni rəng!




Satın aldığımız malların içində boğulan bir cəmiyyətə çevrilməyimizə baxmayaraq, insanlar artıq azadlıq və daha yaxşı həyat üçün yaşayırlar və bunun üçün yeni həll yolları axtarmağa çalışırlar. Kapsula qarderobu axınının da bu sayədə inkişaf edəcəyi aşikardır.


Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: