Netflixdən tövsiyyə edilən filmlər

594

Sizə Netflix kimi cool bir şey haqqında məlumat vermək istərdim. Netflix nədir? Maraqlı TV verilişlərə, filmlərə, seriallara baxa biləcəyiniz bir yerdir. Mən ingiliscə istifadə edirəm və çox da bəyənirəm.  Listening rolunu da oynayır mənim üçün.

İlk ay pulsuz da baxa bilirsiniz burada. Bəyənirsizsə abunə olursunuz və çox təəssüf ki, ödənişlidir. Basic – 8 ABŞ dollardır. Eyni anda sadəcə 1 adam baxa bilər bu paketdə. İkincisi Standard paketdir. 2 nəfər eyni anda baxa bilir və aylıq ödəniş 11 ABŞ dollarıdır. Bir də əlbəttə premium var. 4 nəfər eyni anda baxa bilir bu paketdə.

Hər adamın öz profili olur və istifadəsi çox rahatdır. Yolda izləmək istədiyinizi əvvəlcədən yükləsəniz, internetsiz də izləmək olur.

İlk öncə hal-hazırda özümün izlədiyi Anne with an E

Bu serialı çox sevirəm. Dünyada heç kimi olmayan yetim qız və onun yaşadıqları haqdadır. Bu qızın bəxti gözəllikdə də gətirməyib. Hamının qəbul etdiyi kimi sarışın deyil. Onun qırmızı saçları var, özü də çillidir.

Xəyal etməyi çox sevir! Nə xəyal etmək? Axı bu çox insanın bilmədiyi bir şeydir. Bu çılğın, hamıdan fərqli qız özünü cəmiyyətə qəbul etdirməyə çalışır. Sevərək izləyirəm və bitirdikdən sonra bu haqda uzun və bir az daha ətraflı yazacağam.

İndi isə görək başqa nə məsləhətli filmlər var? Bir az araşdırma edib top 5 təklifi də qeyd edirəm:

Black Mirror

İnsan xarakterinin, instiktlərinin görünməyən tərəflərini bu serialda görə bilərsiniz. Düşündürücü və ağıl qarışdırıcıdır.

IMDB xalı- 8.9



La casa de Papel

Oğrular bir araya gəlir və İspaniya tarixində görünməmiş oğurluğu edirlər.

IMDB xalı- 8.6



River

John River çox ağıllı polis inspektordur. Qurbanların ailəsi və ya sevdikləri tərəfindən məsələni həll etməsi üçün tutulur.

IMDB xalı- 8.1


Travelers

21-ci əsrin insanları keçmişi, insanların həyatını dəyişmək üçün səyahət edir.

IMDB xalı- 8



Alias Grace

“Margaret Artvood”un romanına əsasən çəkilib. 19-cu əsr Kanada tarixi əks edilib.

IMDB xalı- 7.9


Payız günlərinin dadını əla filmlərlə çıxarın 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al