Məhkəməyə öz ölümünü istəmək üçün müraciət edən iflic xəstənin istəyi rədd edildiyinə görə ağaldı. İnfarkt keçirdikdən sonra 58 yaşında iflic olan iki uşaq atası Tony Nicklinson bu vəziyyətdə yaşaya bilmədiyini ifadə edib. 7 il əvvəl Afinada ezamiyyətdə olarkən infarkt keçirən Nicklinson, həmin gündən başından və gözlərindən başqa heç bir orqanını hərəkət etdirə bilməyib. Qeyd edək ki, Nicklinson iki ildir İngiltərədə Ali Məhkəmənin ölüm qərarını gözləyir. Dünən istəyinin rədd olunduğunu eşidən Nicklinson bu əziyyətlə yaşamağa məhkum olduğu üçün ağlayıb.