İslam Dininin və Ramazan ayının ən önəmli ibadətlərindən olan orucun insan üçün həm fiziki, həm də psixoloji faydalarının olduğu elmi sübutunu çoxdan tapmışdır. Odur ki, hələ də oruc tutmursunuzsa, elə bu gündən başlayın, çünki..

  • Oruc tutmaq sağlam çəki atmağa kömək edir. Belə ki, oruc əsnasında orqanizmimizdə depolanmış yağlar yanmağa başlayır.

  • Oruc tutmaq ömrü uzadır. Ömrü qısaldan ən önəmli amillərdən biri yavaş metabolizmdir. Oruc tutmaq isə metabolizmi sürətləndirir.

  • Oruc tutduğumuz zaman qanda şəkər normaya düşür.

  • Oruc tutmaq immun sistemini gücləndirir. Orqanizmin xəstəliklərə qarşı dirəncini artırır və iltihabları aradan qaldırır və xərçəng hüceyrələrinin yayılma sürətini azaldır.

  • Oruc əsnasında ac qaldığımız zaman qaraciyər və böyrəklər toksinlərdən təmizlənir. Beləliklə dəri də təmizlənir.

  • Oruc tutmaq zehni gücləndirir və parkinson, alzheimer kimi zihni xəstəliklərdən qoruyur.

Allah orucunuzu qəbul etsin!