Malavidə bir həftəlik ikən anası tərəfindən tərk edilən “Musa” adlı bala fil özünü it zənn edir. Yerləşdirildiyi xüsusi heyvanxanada bütün gün itlərlə vaxt keçirən 7 aylıq bala, gecə də heyvanxananın sahibi Cenni Ueblə birlikdə yatır. Musaya gözləri kimi baxan baytarlar, ilk tapıldıqda yaşamağa 20 faiz şansı olan filin artıq daha sağlam olduğunu söyləyirlər.