Dünyada bir çox tayfalar ənənəvi həyat tərzləri ilə müasir sivilizasiya standartlarına uyğunlaşmaqdan imtina edirlər. Onlar özlərinə məxsus olan mədəniyyətləri, adət və ənənələri ilə çoxlarının marağını cəlb edir. İnkişafdan çox geridə qalan, qəbilə sistemində yaşayan  bu tayfaların demək olar ki, çox maraqlı və özünəməxsus həyat tərzləri var. Bildirchin.az sizin üçün ən qeyri-adi qəbilələri bir yerə toplayıb.


1. Piqmeylər

Piqmeylər dünyanın ən qısa adamlarıdır, onların boyları 141 sm-dən yuxarı olmur. Mərkəzi Afrikada, Konqo çayının ətrafında yaşayırlar. Fərqli məlumatlara görə sayları 280 000-dən çox deyil. Ortalama ömürləri 45 yaşdır, qadınlar kişilərə nisbətən çox yaşayır. 14-15 yaşlarında ailə qururlar və 2 övladdan artıq uşaqları olmur.

Kişilərin əsas məşğuliyyəti ovçuluqdur, balıq tutmaq üçün müxtəlif bitkilərdən istifadə edirlər. Baş ilahiləri məşə tanrısı sayılan Toredir. Geyimləri bel ətrafında kəmərdən ibarət örtükdür. Bəziləri isə avropa geyiminə üstünlük verir. Piqmeylərin mədəniyyətləri və adətləri yavaş-yavaş məhv olur. Müasir həyat dünyanın ən qısa insanlarının da həyatına daxil olur və onlara təsir göstərir.


2. Masaylar

Dünyanın ən unikal və populyar qəbilələrindən biridir. Öz populyarlıqlarını nəsildən nəsilə ötürdükləri mədəniyyət və adətlərinə borcludurlar. Sivilizasiyanın təsirinə baxmayaraq insanlar qədim adət və ənənələrə sadiqdirlər və buna görədə onlar Keniya mədəniyyətinin simvoluna çevriliblər. Masaylar Keniya və Tanzaniyanın sərhədində yaşayırlar.

Fərqli məlumatlara görə sayları 900min. – 1mln. qədərdir. Şimalı Afrikada yaranmış Maa dilində danışırlar. Əsgər kultu Masay tayfası üçün mühümdür və tayfanın bütün oğlanları müəyyən rituallardan keçərək əsgər adını alır. Həmçinin bu tayfaya ənənəvi, tullanmaqdan ibarət  “adumu” rəqsi də məxsusdur. Bu rəqs zamanı ən yaxşı və ən yüksəyə tullanan oğlan özünə mütləq qız tapır.


3. Himba tayfası

Namibiyanın şimalında, Kaokolend dağı ətrafında Himba adlı unikal bir tayfa yaşayır. Sayları təxminən 10min qədərdir. Qadınların geyimi belətrafı örtükdən ibarətdir və bədənlərini oxra ilə rəngləyirlər. Himba tayfasının qızları Afrikanın ən gözəl qızlarından hesab olunurlar. Himba tayfasına məxsus bir fərqlilikdə ondan ibarətdir ki, müəyyən yaşa çatdıqda gənclərin alt çənənin ortasında yerləşən 4 dişi çox əzablı şəkildə çıxarırlar.

Böyümək istəyirsənsə dözməlisən deyirlər. Qızlar evlilik yaşına çatanda saçlarını ortadan ayırıb hörürlər və üzlərinə tərəf tökülər, oğlanlar isə ya arxadan bir hörük saxlayırlar, bəzən heç hörük də rast gəlinmir. Himba tayfasına poliqamik evliliklər məxsusdur, yəni kişinin bir neçə arvadı ola bilər və buna görədə ailədə uşaqların sayı çox olur. Namibiya hakimiyyəti tayfanın üzərinə gəlir və onlardan bəzi adət-ənənələrindən imtina etməklərini tələb edir. Buna baxmayaraq tayfa başçıları əcdadlarının  bütün ənənələrə riayət etdikləri üçün çox sağlam və uzunömürlü olduqlarını iddia edir.


4. Huli tayfası

Papuas xalqları arasında Huli tayfasını ən rəngarəng, orjinal və maraqlı mədəniyyətə sahib olduqlarını əminliklə iddia etmək olar. Sattern-Haylends vilayətində yaşayırlar və ətraf sakinlərlə, turistlərə qarşı gülərüz və isti münasibət saxlayırlar. Sayları təxminən 150 min nəfərdir. Huli tayfasının nümayəndələrini çox rahatlıqla digər tayfalardan fərqləndirmək olur.

Onlar rəngarən bəzədilmiş pariklərdən istifadə edirlər. Kişilər pariklərini uzun müddət sırf buna görə uzatdıqları saçlarından edirlər. Kişinin bir neçə pariki olduğunda özünə arvad seçmək hüququ qazanır və sonra pariki ancaq  təntənəli mərasimlərdə iştirak edərkən istifadə edir.


5. Asaro Mudmen

Asaro Mudmen (ingl.palçığa bürünmüş, Asaro çayından adamlar) –İstern –Haylends vilayətinin, Qoroka şəhərində yaşayan papuas xalqıdır. Bədənlərini ağ rəngə boyamaqları və gildən maskalar geyinməkləri ilə tanınırlar. Ağ rəng papuas mədəniyyətində ölümün rəmzidir. Əfsanəyə görə Asaro tayfası digər düşmən tayfası tərəfində məğlub olmuş və Asaro çayına tərəf qaçmışlar. Onlar qaranlıq çökənə kimi gözləyib, çayın çirkinə bürünürlər  və düşmənləri görəndə onları ruh zənn edirlər.

Sonra onlar kəndlərinə qayıdırlar və pis ruhları qovalamaq üçün müəyyən rituallar edirlər. Başlarını həmin kir ilə boyamırlar, çünki onun zəhərli olduğunu düşünürlər. Onun əvəzinə gildən hazırlanmış iri və qorxunc maskalardan istifadə edirlər. Onları hər il GorokoShow adlı turistlər üçün təşkil olunmuş festivalda görə bilərsiz.


Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Planetimizin ən maraqlı tayfaları" A few seconds ago