Yaşamaq üçün yeyənlər və yemək üçün yaşayanlar, qidalar haqqında inanılmaz faktlar ilə tanış olun!

  1. Muskat qozu Saudiyyə Ərəbistanında qadağan olunmuş bir qidadır, çünki çox miqdarda yeyilərsə, qarabasmalara yol aça bilər. Yox, sınaqdan keçirməyin.

  2. Sarımsaq qoxusu ağcaqanadları uzaqlaşdırır. Banan qoxusu isə cəlb edir. Yay fəslinə qədər unutmayın!

  3. İslandiyada ölü balinalardan pivə hazırlanır. Səyahət etməyi düşünürsünüzsə, nəzərə alın.

  4. Keçmişdə pomidorkartof zəhərli qida sayılırdı.

  5. Soğan, almakartofu burnunuzu tutaraq yesəniz dad fərqi hiss etməyəcəksiniz. Yoxlayın!

  6. Yaponiyada kaktus, osminoq, toyuq qanadları, xərçəng, çiy at və camış dili dadı ilə dondurma yeyə bilərsiniz. Yemək istəyəcəyinizi düşünmürəm..

  7. Bir çox dodaq boyalarının tərkibində balıq pulları var. Bəli, bəli.

  8. Qlobal istiləşmə səbəbi ilə bəzi qidaların yox olmaq ehtimalı var. Alma, avokado, bal, şokolad və bananı doya doya yeyin!