Qorxu filmlərini daha da dəhşətli edən nə ola bilər? Təbii ki, onların real hadisələr əsasında çəkilməsi. “Məni bu da qorxutmur!” deyirsinizsə, real hadisələr əsasında çəkilmiş filmlər ilə tanış olun!

1. Psycho

Film Viskonsin ştantında yaşayan Ed Gein adlı manyakın həyatını əks etdirir. Manyak 2 qadını qətlə yetirdiyini etiraf etsə də, onun qurbanlarının sayı çox idi. Polislər onun evində apardığı araşdırma zamanı insan sümüklərindən, dərisindən hazırlanmış mebel və geyimlər tapmışdır.

Related image

2. From Hell

Bəli, Johnny Deppin rol adlığı bu film də rejissorun xəyal məhsulu deyil. 1888-ci ildə Londonda 5 qətl və başqa cinayətlər törətmiş Jack the Ripper ləqəbli manyakın əsl kimliyi hələ də müammalıdır.

3. The Possession

Film Dibbuq mücrüsü haqqında çəkilmişdir. Mücrü ebay şəbəkəsində satışa çıxarılmışdır. Onu alan hər kəsin evində paranormal hadisələr baş verirdi: insult, ruhlar və daha nələr nələr. Bu səbəbdən də mücrünü alanlar onu bir müddət sonra yenidən satışa çıxarmalı olurdu.

4. Dead Ringers

Filmin əsl qəhrəmanları əkiz ginekoloq qardaşlar Stewart və Cyril Marcusdur. Onların ortaq işi və qadınları vardı. Hər ikisi narkotik aludəçisi idi. Günlərin bir günü qardaşlar aşırı dozda qəbul edilmiş barbiturat maddəsindən zəhərlənib həyatdan getdilər.  

5. The Girl Next Door

ABŞ İndiana ştatında 1965-ci ildə 16 yaşlı Sylvia Likens işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir. Qatillər Gertrude Baniszewski, onun övladları və qonşu uşaqlar idi. Film məhz onlardan bəhs edir.

Image result for the girl next door horror movie

6. Snowtown

Snowtown qətilləri 1922-1999-cı illərdə John Justin Buntin və onun dostları tərəfindən törədilmişdir. Onlar 11 nəfəri işgəncə verərək qətlə yetirmişdir. Buntin bütün qurbanlarını dostlarına zəng edərək onların şəhərdən kənarda olduqlarını deməyə məcbur edirdi.

Image result for Snowtown

7. Child’s Play

Film Robert oyuncağının müəllifi Rober Eugene Otto və tibb bacısının hekayəsini əks etdirir. Tibb bacısı oyuncaqlardan birini lənətləyərək onu canlandırır. Daha sonra bu oyuncaq müəllifi gecələr yatmağa qoymur..

Related image

8. Borderland

Adolfo de Jesús Constanzo, din hərəkatının başçısı bir çox insanı qurban gətirmişdir. O, narkotik alveri ilə məşğul olan dəstənin üzvlərini onunla iş birliyi etmədikləri üçün qətlə yetirmişdir. Bunlar tarixin ən qorxunc qətilləri idi. Film onun haqqındadır.

Related image

9. The Texas Chainsaw Massacre

Ed Gein haqqında bir film daha. Filmin süjeti rejissorun xəyal məhsulu olsa da, baş qəhrəmanın obrazı Ed Geini əks etdirir.

Image result for The Texas Chainsaw Massacre

10. Dahmer

Jeffrey Lionel Dahmer 15 ilə 17 kişini hissələrə ayıraraq öldürmüşdür. 1992-ci ildə onu qannibalizm və nekrofiliya ilə ittiham etmiş və 16 illik həbs vermişlər. 2 il sonra məhbuslardan biri Dahmeri döyərək öldürmüşdür.

film-ujasov-10.jpg

11. A Nightmare on Elm Street

Bəli, bəli. Bu film də qismən real hadisələr əsasında çəkilmişdir. Yazar qəzetdə Kambocada kabus görərkən gözünü əbədi yuman bir neçə insan haqqında yazını gödükdən sonra ilhamlanmışdır. Süjet isə uydurmadır.

Image result for A Nightmare on Elm Street

12. The Hills Have Eyes

Film Alexander “Sawney” Beanin hekayəsi əsasında çəkilmişdir. 16-cı əsrdə vəhşi bir dəstəsi ilə birlikdə o, mağarada yaşayırdı. Onlar 25 il ərzində 1000 nəfərə yaxın insana qarşı qannibalizm aktı tətbiq etmişlər.

Related image

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂