Qəhrəmanımız Casey Elise, Amerikalı fotoqrafdır. Son zamanlarda xüsusilə qara pişiklərin fotoşəkillərini çəkir. Bilənlər bilir, qara pişiklər bütün gözəlliklərinə baxmayaraq bəzi mədəniyyətlərdə və bəzi şəxslərə görə uğursuz qəbul edilir. Bunun nəticəsində sığınacaqlarda yaşayan sahibsiz qara pişiklər ən aşağı sahiblənmə nisbətinə və ən yüksək yatızdırılma (ABŞ-da küçə heyvanları müəyyən bir müddət ərzində sahiblənilmədikdə yatızdırılırlar) nisbətinə sahibdirlər.

    Casey, fotoqrafiya qabiliyyətini bu heyvanların bir-birindən şirin və səmimi fotoşəkillərini çəkərək sahiblənilmələrinə kömək etmək məqsədiylə istifadə edir. Ortaya çıxan fotoşəkillər aşağıdadır. Ümid edirik ki, bu möhtəşəm fotoşəkillər faydalı olar və bu sevimli pişiklər sahiblənilərlər.