Serenada” sözü italyan dilindən tərcümədən “axşam mahnısı” mənasını verir. Musiqinin yüngül və həzin hissəsidir. Serenadalar orta əsrlərdə geniş yayılmışdır. Bəylər sevdiyi xanımın pəncərəsi önündə ukulele (Havay gitarası) ilə mahnılar ifa edərək eşq etiraflarını səsləndirir, bu vasitə ilə onun ürəyini ələ almağa çalışırdılar. İlk və həmin dövrdə oxunan ən məşhur serenada Motsartın operasından Don Giovanninin səsləndirdiyi “Deh, vieni alla finestra” (Ey, pəncərəyə gəl) idi.

Serenadalara marağın artması bəstəkarları bu janrda musiqilər yazmağa həvəsləndirirdi. Dövrün məşhur bəstəkarları serenadalar bəstələyirdilər.

Musiqi tarixində çox fərqli konfiqurasiyalı ansambllar üçün serenadalar tərtib edilib və ümumiyyətlə çox hərəkətli əsərlərdir.

Serenadalar əvvəlcə bir xanımın və ya sevgilinin şərəfinə ifa olunan vokal kompozisiyasına idi. Daha sonra instrumental bir forma çevrildi. İlk serenadalar, ümumiyyətlə, gecə sevgi və ya sədaqətini ifadə etmək üçün səsləndirilirdi.

Musiqi tarixində 3 ümumi serenada kateqoriyası var və bunlar aşağıdakılardır:

Ən qədim serenadalar yuxarıda qeyd etdiyimiz kimi romantik mahnılar idi. Orta əsrlərdə və Renessans dövründə ifa edilməyə başlanıb. Ən məşhuru isə Don Giovanninin ariyasıdır.

Barokko dövrü serenada kateqoriyaları sırasında ikinci yeri alır. Bu dövrdə serenada açıq havada həyata keçirilən kantata növü sayılırdı. İfalar daha hərəkətli idi, həmçinin instrumental müşayiəti ilə vokalist oxuyurdu. Bu tip serenadalar bəstələyən bəstəkarların sırasına Alessandro Stradella, Alessandro Scarlatti, Johann Joseph Fux, Johann Mattheson və Antonio Caldara daxildir.

Musiqi tarixində ən əhəmiyyətli və yayılan serenad, divertimento ilə əlaqəli və əsasən Klassik və Romantik dövrlərdə qurulmuş çox sayda hərəkəti olan böyük instrumental ansambl üçün əsərdir. Üçüncü növ serenadalar böyük ansambl (məsələn, simfoniya) üçün digər çox hərəkətli əsərlərdən daha yüngüldür, ifa zamanı səliqəlilik tematik inkişafdan və dramatik intensivlikdən daha vacibdir. Bu əsərlərin əksəriyyəti İtaliya, Almaniya, Avstriya və Bohemiya incəsənətinə aiddir.