Sevgi münasibətlərinizdə problemlər yaranmağa başlayırsa, tez hərəkətə keçin. Necə? Cavabı məqaləmizdə…

Problemlərin yaranma səbəbi – biganəlik

Yeni münasibətə başlayan zaman bütün yaradıcı tərəflərimizi və diqqətimizi sevgilinin könlünü almaq üçün istifadə edirik. Ancaq bir gün fərqinə varırıq ki, artıq münasibətimizə görə heç nə etmirik, bunu çoxdan unutmuşuq.

Onu jestlərlə təəccübləndirin

İndi partnyorunuza hansı sevgi dolu jestlər, sürprizlər edə biləcəyinizə diqqət yetirək. Məsələn, səhər oyananda çayını yatağına apara bilərsiniz. Bir tövsiyəmiz də var: Artıq ona “canım”, “sevgilim” kimi ümumi çağırış formaları ilə deyil, öz adı ilə müraciət edin və onun diqqətini cəlb edənədək gözləyin. Ardınca, gözlərinin içinə sevgi ilə baxın və heç nə demədən öpün. Bu tövsiyələri tez-tez təkrarlasanız əmin olun ki, sevgiliniz işdən yorğun gəlsə belə sizin yanınızda dincələcək.

Qısamüddətli danışıqlar

Bir zamanlar bir-birinizlə söhbət etməkdən doymadığınız üçün bəzən səhərə qədər yuxusuz qalır, yatana qədər danışardınız. Bəs indi? Gündəlik əlaqələriniz artıq sadəcə “günün necə keçdi?”, “həmişəki kimi” cümlələrindən ibarət olmağa başladı. Monoton danışıqlar sevgi həyatınızın da bütün rənglərini solğunlaşdırır.

Söhbət edin

Söhbət etmək üçün bir-birinizə vaxt ayırın. Bunun üçün hər həftə mükəmməl bir süfrə hazırlamağınıza ehtiyac yoxdur, axşam yemək yeyərkən bir-birinizə 15 dəqiqə vaxt ayırmağınız belə kifayətdir. Münasibətinizin yalnız televizor qarşısında təkrarlanmasına imkan verməyin. Köhnə günlərdəki kimi söhbət üçün sizə bir təklifimiz var: Sevgilinizin diqqətini cəlb edə biləcək mövzuları seçin.

İstək azalır

Araşdırmalara görə, yaşayış vərdişləri və xasiyyətləri bir-birinə oxşar cütlüklər daha xoşbəxt olurlar. Ancaq münasibətin başlanğıcında xoşa gələn bu komfort istəyin sürətlə yox olmasına yol açır. Çünki insanlar əlaqələrdə həyəcan axtarır və uzunmüddətli münasibətlər cansıxıcı ola bilər.

Şəxsi sahələr yaradın

Təkbaşına etmək istəyəcəyiniz çox iş olmalıdır, rəqs və ya idman kursuna getmək, hətta tətilə çıxmaq kimi. Bir-birinizdən yeni şeylər öyrənmək və danışa biləcəyiniz yeni mövzular tapmaq münasibətinizi monotonluqdan xilas edəcək. Üstəlik, ayrı qaldığınız müddətdə bir-biriniz üçün darıxmağınız sevginizi yenidən canlandırar. Təbii ki, həyat yoldaşınıza da eyni azadlığa sahib olmalıdır. Əhəmiyyətli olan balansı qoruya bilməkdir. Nə birlikdə, nə də ayrı.

Sevdiyiniz insana daima sevgi, qayğı və diqqət göstərin. Və sevgi münasibinizə əsla laqeyd yanaşmayın. 🙂

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Sevgi münasibətinizdə problem var?" A few seconds ago