Validenlərin əndişə duyduqları şeylərdən biri şiddət tərkibli video oyunların uşaqlara pis təsir etmələri barədədir. Bu mövzu bundan 50 il əvvəl də gündəmə gəlmiş və bu haqda təcrübə aparılmasına səbəb olmuşdu.
Alburt Bandura adlı psixoloqun apardığı Bobo Doll təcrübəsi şiddətlə bağlı sualların bir çoxunun cavabını tapdı. Təcrübə əslində olduqca sadə idi və effektini görmək asan oldu. 1961-ci ildə keçirilən təcrübə üçün 72 uşaq seçildi. Uşaqların yaş ortalaması təxminən 4 il 4 ay idi. Uşaqlar 3 əsas qrup olmaqda qruplara ayrıldı.
Təcrübədən təsirlənməmək üçün hər bir uşaq üçün fərdi olaraq keçirildi sınaqlar. İlk olaraq uşaqların oyun oynaya biləcəyi bir otaq seçildi, otaqda oyuncaqlar və bir yetkin insan olacaqdı. Birinci qrupdakı uşaqlar yetkin insanla hər hansısa bir əlaqə qurmayacaqdı. İkinci qrupdakı uşaqların yanındakı insan oyuncaqlara qarşı şiddətlə yanaşır və şiddət tərkibli sözlər işlədirdi. Üçüncü qrupdakı uşaqların yanındakı insan isə uşaqların hər biri ilə normal şəkildə söhbət edib oyunlar oynayacaqdı.
Təcrübələr bitdikdən sonra uşaqlar yenə otağa salındı və bu dəfə tək oldular. Oyuncaqlara əl vurulmaması deyildi, sadəcə “Bobo Doll” adlı oyuncaqdan başqa. Şiddət göstərən və şiddət tərkibli sözlər işlədən insanın yanına salınmış uşaqlar Bobo Dolla şiddət göstərməyə başladı. Nəticələr olduqca dəhşətli idi.
Qısaca təcrübə haqqında məlumat verdik. İndi isə təcrübədən çıxan nəticələr baxaq.
Şiddət yoluxucudur: Aqressiv insanların hərəkətlərini izləyən uşaqlar, yanlarında həmin insanlar olmayanda onları təqlid edirlər.
Sakitlik də yoluxucudur: Sakit insanların hərəkətlərini izləyən uşaqların, oyuncaqlara qarşı sakit və normal davrandılar.
Analıq önəmlidir: Sakit və qadın yetkinlərlə birlikdə vaxt keçirən uşaqlar, heç bir yetkinlə vaxt keçirən uşaqlardan daha sakit və yumşaq oldular.
Atalıq da önəmlidir: Aqressiv kişi ilə vaxt keçirən oğlan uşaqları, aqressiv qadın ilə birlikdə vaxt keçirən uşaqlardan daha şiddətə meyilli oldu.
Təcrübənin qısa özətini türkcə altyazılı olaraq buradan izləyə bilərsiniz.