1. Risovkalar“- Getdiyi hər restoranda, hər kafedə yediyi-içdiyi hər şeyin şəklini çəkib paylaşan tiplər. (Milçəkbaşımla pizza keyfi, Ayka Graffiti ilə espresso içərkən, Kinkong resturantda Kabakikao yiyor) Bir də onların McDonald’s, KFC, 28 Mall’n tualetində şəkil çəkdirən ödrək dodaq versiyaları var. (Aaa tualet, kaçmaz bu fırsat, mütləq şəkil çəkdirməliyəm.)

  2. Nonconformistlər” – Həyatda da facebookda da ən çox əsəblərimi korlayan tiplərdir. Adamların işi gücü etiraz etməkdir. Heç nəyi bəyənməz, hər şeyə bir mız qoyar, hər statusa yazılacaq mənfi rəyi dünəndən ehtiyatda saxlayar. (Bu nə statusdur yazmısan, yoxe elə deyil, düz fikirləşmirsən, bilirsən necədir, sözü səhv yazmısan, bu o üsluba, bölməyə, filan yerə aid deyil)Bir də bunların sinsi, ikiüzlü versiyaları var, özlərini yaxşı göstərir, ortalıqda da çox görünmürlər nə vaxt ki, hamı səni tənqid edir, o saniyə həmin yerdə bitirlər, əlehinə yazmadıqlarını qoymurlar.

  3. Lovğalar“- İnsanların dini inanclarını, yaşam tərzlərini, fəlsəfi düşüncələrini çox iyrənc şəkildə məsxərəyə qoyan tiplər. Hansılar ki, çox zaman öz həyatları yalnız qüsurlardan ibarət olur. (Ateist ailimlər indi səhv deyib də, siz indi düz olmusunuz, guya sən indi zorsan da, hahaha “Cəfər F-ov tag” gör nə adamlar cürələri var”)

  4. Narsistlər“- İlahi bu necə özünə heyranlıqdır, 10 dəqiqədən bir 2-3 şəkil çəkilib paylaşılmalıdır. Biz bu insanın oturduğu yerdə sağdan, soldan, şaquli və üfiqi istiqamətlərdən necə göründüyünü əzbər bilirik artıq, ancaq o yenə də şəkil paylaşır. (Kuşkuşun toyu- “dadang 26 şəkil”, Tarqovuda “Eyni adamlarla müxtəlif pozalı 20 şəkil, işdə bekarçılıq: 15 şəkil)

  5. Boşboğazlar“- Bir söhbəti 100 dəfə danışar, ilin ən uzun commentləri onlara məxsusdur. “Hə, yaxşı anladım” deyirsən o isə davam edir. İnboxa uzun mesajlar yazır və adətən söz-söz, cümlə-cümlə göndərir. Bacardıqca qısa cavab yazırsan ki, bəlkə insafa gələr, ancaq faydası yoxdur.

  6. Mənfəətçilər“- Normal vaxtlar da əsla və əsla mesaj yazmazlar. Statuslarına rəy bildirməz, heç vaxt sənin haqqında müsbət fikir söyləməzlər. Elə ki, işləri düşdü. Onlar üçün dünyanın ən supper insanısan. Bunu ildə bir edənləri demirəm ha, hər ay ən az iki dəfə edənlər bax onlardan qorxun.

  7. Bozsifətlər“- Onlar elə bilir ki, hamıya hər istədiyini deyə bilərlər. (“Acığına da gəlməsin çox gombulsane, gic-gic statusları kimin üçün yazırsan, bu saç düzümündə itə oxşayırsan. Az özünü reklam elə də, onsuz da alan olmayacaq, kərpicbaşa oxşayırsan) Bunlara kim üz göstəribsə artıq, özlərini juri kimi görürlər. Dunyabın ən qəlbiqara ən paxıl insanlarıdır, artıq dillərinə sıçrayıb.

  8. Mədəniyyətsizlər“- Statuslarının 50-60%-i söyüşdən ibarətdir. Adam dünyadakı ən dərin, ən pis depressiyanı yaşayıb sanki, adam özünü Bukovski sanır. Hər şeyi söyür, hər kəsi söyür. (Bu arada block səbəblərimdən biridir)

  9. Ərgənlər” – Onlardan heç danışmağa da dəyməz. Pessimizmdə Cem Adrianın rekordunu təzələyirlər az qala, Ayka Çolkalı, Sonu əsasən Off ilə bitən soyadlar oblara aiddir. (Sönüb də indi bu) Statusları əsasən bu formada olur: Hamınızdan bezmişəm, hər kəsdən zəhləm gedir, insanlar niyə belədir, məni heç kim anlamır, yalnızam”

Başqa bildiyiniz varsa əlavə edə bilərsiniz 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂