Komiks kitabı əfsanəsi 95 yaşında 12 noyabrda dünyadan köçdü. Onun yaratdıqları çox möhtəşəmdir və hər kəsin xatırlayacağı super qəhrəman olacaqdır. Onun haqqında “Amazing Fantastic Incredible: A Marvelous Memoir kitabından oxuya bilərik. Komiks, cizgi filmi, animasiya çox sevdiklərimdir. Elə də böyük Marvel pərəstişkarı olmasam da işləri möhtəşəmdir! Marvel və Lee haqqında maraqlı məlumatları sizlərlə paylaşıram.

Onun həyat yoldaşı, həm də onun bərbəri idi.

Arxaya daranan saçları haqda o demişdi: Mən yetişkin həyatımda heç vaxt bərbərə getmədim, mənim yoldaşım həmişə saçlarımı səliqəyə salırdı.

Özünə inamı böyük ehtimal anasına görə idi.

Lee kiçik yaşlarından kitab oxumağı sevirdi və anası hər zaman onun kitab oxumağını izləyirdi. O deyir: Anamın fikrincə mən hər şeyi mükəmməl edirəm və böyük ehtimal bu səbəbdən hər zaman özümə güvənmişəm.

Gənc Lee Cənazə elanlarını yazırdı.

Möhtəşəm qəhrəmanların həyatlarını yazmağa başlamada öncə, qəzetdə məşhur adamların cənazə elanlarını yazırdı. Daha sonra işdən çıxmışdı. Səbəbi isə bu işin çox depresiv olması idi.

Kapitan Amerika

Timely Komiksdə işlədiyi ilk həftədə o 2 səhifəlik Kapitan Amerikanı yazmışdı. Özünə ad olaraq Stan Lee seçmişdi, daha sonra bu onun tam hüquqi adına çevrildi.

Hulk yaşıla çevrilir.

Əslində boz yaradılan Hulk daha sonra printerdə olan problemə görə yaşıla çevrilir. Heç bir açıqlama verilmədən də bu belə qəbul edilir.

Mükafatlı yazı aparatı

Onun həyat yoldaşı istifadə etdiyi yazı aparatını mübahisə zamanı qırır. Daha sonra isə o deyir: Heyif həmin vaxtlar, “Ebay” yox idi. Yoxsa hissələri satıb, pulu yaxşıca dəyərləndirərdim.

Hörümçək Jackson

Michael Jackson “Hörümçək adam” olmaq istəyirdi. Hətta bununla bağlı Lee ilə görüşsə də razılığa gəlməyiblər.

Venom bir pərəstişkar tərəfindən kəşf edilmişdir.

Randy Schueller “Venom”u yaradır və “Marvel” ona məktub yazaraq bildirir ki, onun yaratdığını əldə etmək arzusundadır və buna görə ona 22.000 ABŞ dolları ödənilir.

Mario Puzo, Xaç atası əsərinin müəllifi komiks yazır

O Stan Lee ilə razılaşır və komiks yazmağa başlayır, ancaq bu onun üçün çox çətin olur. O qeyd etmişdi ki, komiks yazacağı xərclədiyi zaman bir neçə roman yaza bilərdi.

Luke Cage ilk qara dərili komiks qəhrəmanı

“Marvel” qara dərili adama öz komiks kitabını yazmağa icazə verən ilk şirkətdir. O, ilk dəfə iyun, 1972-ci ildə kitabını təqdim etmişdir.