Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

Yəqin ki, hər birimiz seminarda olmuşuq. Öz təcrübəsini və ya biliyini bizə göstərmək üçün kimsə çıxış edir, biz də dinləyirik. Çox maraqlı olan bu söhbət, bəzən sıxıcı da gələ bilir. Bəs sıxıcı həmsöhbət etməmək üçün nəyə riayət etməliyik? Diqqət! Bu tövsiyələr sizin xeyrinizə ola bilər.

Bədən dili

Danışdığımız zaman əllərimizi, baxışlarımızı da söhbətə uyğun dəyişdirməliyik. Əgər sadəcə bir yerdə dikilib qalmışıqsa bu çox dinləyicilər üçün çox darıxdırıcı olacaqdır, ancaq bədən dilini düzgün istifadə etmək də önəmlidir. Həddindən çox etdiyimiz əl hərəkətləri və ya səs tonunun dəyişməyi dinləyicilərdə mənfi fikir formalaşdıra bilər. Ona görə də çıxışdan öncə güzgünün qarşısında durub, məşq edin. Bəyənmədiklərinizi dəyişdirin. 

Yüksək əhval-ruhiyyə

Əslində çıxış etdiyimiz mövzuya görə davranmağımız önəmlidir, ancaq müsbət enerjili olmağı unutmuruq. Yeri gəldikdə gülümsəmək və dinləyicilərə xüsusi diqqət yetirmək onlara daha xoş təsir bağışlayacaqdır. Ona görə də kefimizin yaxşı olması təsirli çıxış etməyimiz üçün önəmlidir.

Hər zaman öyrənin!

Nə qədər çox bilsək, bir o qədər maraqlı danışarıq. Ona görə də hər zaman araşdırın. Mütaliə etməyi unutmayın. Gün ərzində 20 dəqiqə mütaliə etmək yaddaşımızı daha yaxşı edəcəkdir. Beləliklə, dinləyicilərə daha çox maraqlı hadisələr haqqında danışa biləcəksiniz. 

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂