İsveç Texnologiya İnstitutu arıların, yaxındakı bir gözləmə rejimindəki və danışma halındakı mobil telefona necə reaksiya verdiyinə dair bir sıra təcrübə keçirdi. Mobil telefona zəng gəldiyində arıların səsinin 10 qat artdığı müşahidə edildi. Arıların səsinin artması, arıların pətəklərini  tərk etməsi üçün bir xəbərdarlıq mənasını verir. Cib telefonlarının siqnalları səbəbiylə edilən “pətəkdən ayrılma” xəbərdarlığı gözlənilməyən köçlərə, pətəkdən toplu halda ayrılmalara səbəb olaraq bütün koloniyanın itkisinə yol aça bilir. Bir başqa araşdırma da cib telefonu siqnallarının, arıların yollarını itirmələrilə pətəklərinə dönmələrinə maneə törətdiyini ortaya qoyur.

Təbii ki arıların tək vəzifəsinin bal yaratmaq olmadığını və BMT-nin açıqladığı rəqəmlərə görə 100 bitkinin bütün dünyanın qidalanmasının 90 %-ni qarşıladığını və bunların 70 %-nin tozlarının da arılar tərəfindən yayıldığını xatırlamaqda fayda var.