Çox insanın bildiyi kimi 1912-ci ilin 15 aprel tarixində Britaniyanın “Titanik” gəmisi Atlantik okeanın şimalında aysberqlə toqquşmuşdur. Faciə nəticəsində yerli və xarici sərnişinlər, gəminin işçi heyəti daxil olmaqla  2 224 nəfərin 1500-ü həlak olmuşdur. Tarixdə haqqında ən çox danışılan qəzalardan hesab olunur. Qəza səbəbi kimi müxtəlif fikirlər dolaşmaqdadır. Sizin üçün bu dəfə gəmi qəzası haqqında deyil, onun içində olan sərnişinlərin bəziləri haqqında məlumat topladıq.

Alex Mackenzie – Ailəsindən dünyanın ən böyük gəmisi Titanikə bilet alan Alex sevincli şəkildə çamadanlarını yığıb və gəmi səyahətini gözləyirdi, lakin gəminin yaxınlığında gəzərkən birdən “Gəmiyə addım atsan öləcəksən” cümləsini eşitdi. Ətrafa baxıb heç kimi görmədi, səsi bir dəfə də eşidəndə yenə fikir verməyib davam etdi, lakin 3-cü dəfə eşitdikdən sonra götür-qoy edib gəmiyə minmədi və Glasgowa ailəsinin yanına qayıtdı.

Edith Russel – Fransada Cherbourgdan New Yorka qayıdan Edith öz musiqi qutusunu çox sevirdi və Titanik aysberqlə toqquşan zaman öz musiqi qutusunuda götürüb qayıqlara yaxınlaşmışdı, lakin qayıqlara birinci uşaqlı qadınlar minirdi və Edith öz musiqi qutusuna bir torba keçirib uşaq görüntüsü verdi və qayığa minməyə nail oldu. Beləcə musiqi qutusu sayəsində sağ qaldı.

Titanikin Kimsəsiz Uşaqları adı ilə məşhurlaşan bu 2 uşağın Titanikdən xilas edildikdən sonra kimliyi naməlum olaraq qalırdı. Sonra məlum oldu ki, Fransada yaşayan bu uşaqlar ataları tərəfindən analarının evindən qaçırılıb. Uşaqları qaçıran ata Titanikə minərək öz övladlarıyla Amerikada yeni bir həyata başlayacaqdı, lakin aysberqlə toqquşduqdan sonra kişilər qayıqlara ən son mindirildiyi üçün bu 2 uşaq qayığa mindirilib, ancaq ata gəmidə qalaraq həlak olub.

Edward və Ethel Beane – Yeni evlənən cütlük bal ayı üçün Titaniki seçmişdi. Cütlük aysberqlə toqquşma zamanı hadisəyə əhəmiyyət vermədi, çünki gəminin batma ehtimalının olmadığını düşünürdülər. Buna görə gəmi bir tərəfdən batarkən onlar öz otaqlarında idilər. Hətta qonşu otaqdan onlara gəminin batma xəbərini 1-ci dəfə verəndə belə məhəl qoymadılar, yalnız 2-ci xəbərdarlıqdan sonra çıxdılar və Ethel qayığa minərək gəmini tərk etdi. Edward isə gəminin tamamən batışına yaxın suya tullanaraq ən yaxın qayığa qədər üzməyi bacardı və cütlük sağ qaldı.

Rahib Francis Browne – Rahib olan Francis əmisi tərəfindən hədiyyə edilən Titanik biletini istifadə etdi və gəmidə həyəcanlı bir səyahətə çıxdı. Hələ Avropadakı limanlarda olarkən Francis Titanikin bugünkü çox saylı şəklini çəkdi. Sonuncu limanda İrlandiyada olarkən isə bir varlı cütlüyün biletə qarşılıq çox sayda pul təklifini qəbul edən Francis bileti onlara satdı və gəmidən ayrıldı. Beləliklə də özünü də, şəkilləri də xilas etmiş oldu və o şəkillər indi tarixin bir parçasıdır.

Bəzən “qismətdən qaçmaq olmur”, “şans üzünə gülür” sözləri həqiqət ola bilir. 🙂