1. Tokio dünyanın ən böyük metropolitan bölgəsidir. Bu metropolisdə düz 36 milyon insan yaşayır.

2. Tokio XX əsrə kimi Edo adı ilə tanınırdı. 1869-cu ildə Meyci islahatından sonra şəhərin adı rəsmi şəkildə Tokio (Şərqin paytaxtı) olmuşdur və Yaponiyanın paytaxtı olmuşdur. O dövrdə qədər paytaxt şəhər Kioto idi.

3. Tokionun Şiba rayonunda yerləşən kommunikasiya və müşahidə qülləsi olan Tokio qülləsi Eyfel qülləsi əsasında 1958-ci tamamlanmışdır. Hündürlüyü 333 metrdir.

4. Tokio yüksək qiymət alan restoranlarının sayına görə dünyada birincidir. Tokioda 3 Mişelin ulduzu alan 14 restoran var.

5. Tokiodakı Ritz Carlton Oteli dünyanın ən bahalı otaqlarına ev sahibliyi edir. Frank Nikolsan tərəfindən dizayn edilmiş otaqda bir gecə qalmaq üçün 15.500 funt-sterlinq ödəmək lazımdır.

6. Tokionun Tsukici bölgəsi dünyada ən izdihamlı dəniz məhsulları bazarına ev sahibliyi edir. Burada balıqların satışı üçün aksionlar belə təşkil edilir.

7. Tokionun qərbində yerləşən Takao dağı dünyada ən çox ziyarət edilən dağ hesab olunur.

8. Tokio dəmiryolları düz 503 stansiyadan ibarətdir.

9. Yaponiyanın məşhur Fuci dağını ilin 79 günü boyunca Tokiodan görmək olar. Lakin bəzən aylarla “görünməz” ola bilər.

10. İzdihamlı zamanlarda Tokio metrosunda insanları vaqonlara itələyən metro işçiləri “oşiya” adlanır.

11. Dünyada ən uzun (fasiləsiz) musiqi konserti Tokio qübbəsində Gun-N-Rose qrupunun konserti olub. Konsert 3 saat 37 dəqiqə davam edib.

12. ABŞ-dan xaricdə ilk Disneyland məhz Tokio şəhərində açılıb.

13. İkinci dünya müharibəsi zamanı Tokionun bombalanması zamanı ölənlərin sayı Hiroşima və Naqasakiyə atom bombalarının atılması zamanı ölənlərin sayından çox olmuşdur.

14. Hər il Tokioda İkinci dünya müharibəsindən qalam 70-dən çox partlamamış bomba tapılır.

15. Dünyadakı 51 ən məşğul qatar stansiyasının 45-i Tokioda yerləşir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂