Daha əvvəl sizə turistlər üçün təhlükəli yerlər haqqında post hazırlamışdıq. Bu siyahı ilə davam edirik. 🙂

Tijuana, Meksika – Bu şəhər ABŞ və Meksikanın sərhəddində yerləşdir. Bu səbəbdən də bəzi amerikalılar həftə sonlarını burada keçirirlər. Ancaq Tijuana şəhərinə yalnız turistlər gəlmir, buraya qaçaqlar və narkotik satıcıları da gəlir. Bu şəhər narkotik satıcıları üçün tranzit sayılır. Beləliklə, Tijuana təhlükəli yerlərdən sayılır.

Mumbai, Hindistan – Bu şəhərə gələn turist onları yeriyən pulqabı kimi görən dilənçilərlə əhatə olunur. Bəzilərini özlərini yoqa mütəxəssisi kimi göstərib üzərinizdən nə isə oğurlaya bilərlər. Hindistanda qadınlara təcavüz halları da çox geniş yayılmışdır. Burada, həmçinin isti hava və çirkli ətraf mühit var hansı ki, siz asanlıqla zəhərlənə və ya xəstələnə bilərsiniz.

Rio de Janerio, Brazilya – Santa Teresa ərazisi göründüyü kimi yaxşı deyil. Bura çox təhlükəli yerdir. Siz telefonunuzu və kameranızı nümayiş etdirməməlisiniz, çünki sizə hücum edə bilərlər. Hətta bəzi insanlar bıçaqla gəzir. Rio gecə gəzintisi üçün uyğun məkan deyil, öz bələdçinizlə getməyiniz tövsiyə olunur.

Paris, Fransa – Romantik Paris düşündüyümüz qədər təhlükəsiz şəhər deyil. Burada siz dilənçilər, cibgirlər və lazımsız əşyaları baha satan satıcılarla qarşılaşa bilərsiniz. Odur ki, ən yaxşı üsul onlarla danışmadan keçib getməkdir.

Dubay, BƏƏ – Baxmayaraq ki, Dubay digər müsəlman şəhərlərinə nisbətən qərbləşmiş kimi görür, ancaq, burada hələ də qadınlar üçün xüsusi geyim forması vardır. Nigahsız birlikdə yaşamaq qadağan olduğu üçün bir çoxlarının hədəfi xarici qadınlardır. Bu səbəblərə görə ayaqlarınızı və qollarınızı örtün. Siz otelinizin ərazisində təhlükəsizlikdə sayıla bilərsiniz.

Gördüyünüz kimi heç bir yer 100% təhlükəsiz deyildir (Yaponiya və Skandinaviya ölkələri istisna sayıla bilər). Əgər bir neçə təhlükəsizlik qaydalarına əməl etsəniz səyahətinizi gözəl şəkildə keçirə bilərsiniz. Xoş səyahətlər! 🙂

Əgər siyahıya əlavə etmək istədiyiniz şəhər varsa şərh olaraq yaza bilərsiniz.